Dodge şirkəti Last Call seriyasından olan ikinci model haqqında təfərrüatları açıqlayıb. Bu, keçən əsrin 60-cı illərinin sonlarında buraxılmış avtomobilin adını daşıyan Charger Super Bee modelidir.

“Vida” seriyasından olan avtomobil 1000 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaq - belə modellər parlaq kuzov rənglərinə (bənövşəyi və mavi) boyanacaq, genişləndirilmiş təkər tağlarını və dreq-retsinq üçün şinlərini alacaqlar.

Cari Dodge Charger sedanı 2010-cu ildən, Dodge Challenger kupesi isə, 2008-ci ildən buraxılır. Artıq gələn il amerikan brendinin daxil olduğu Stellantis konserni Dodge markasının genişmiqyaslı islahatlarına start verəcəkdir, hələlik isə, şirkətin hazırkı model çeşidi ilə vidalaşmağa vaxtı var.

1968-1971-ci illərin Dodge Charger Super Bee modelinə həsr edilmiş eyniadlı avtomobil hava kəsikləri və girişləri olan SRT kapotu, buraxılış sisteminin qara rəngli SRT çıxış boruları və dreq-reysinq üçün tənzimlənmiş adaptiv asqını alıb. Məhdud tirajlı sedanların yarısı standart kuzov, digəri isə genişləndirilmiş təkər tağları olan kuzov dəsti ilə təchiz ediləcəklər.

Image alt Image alt Image alt Image alt

Charger Super Bee modeli standart olaraq dördporşenli Brembo əyləc supportları və radial dreq şinləri ilə təchiz edilir. Onun kapotunun altında səkkiz pilləli “avtomat” ilə birlikdə çalışan 492 at qüvvəsi və 644 Nm fırlanma anı hasil edən 6,4-litrlik V8 HEMI mühərriki yerləşib.

Last Call seriyasından olan qalan dörd avtomobilin (onlardan bəziləri Hellcat kompressorları ilə təchiz olunacaq) sentyabr ayının 21-nə qədər, sonuncusunun isə, noyabr ayında keçiriləcək SEMA şousunda nümayiş etdiriləcəyi bildirilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.