Amerika Birləşmiş Ştatlarının LeftLaneNews nəşri Dodge Durango modelinin naməlum variantının cəsus fotoşəkillərini dərc etmişdir. Jurnalistlərin qənaətincə, amerikan istehsalçısı yeddi yerlik yolsuzluq avtomobilini 717 at qüvvəli Hellcat mühərriki ilə təchiz etmək niyyətindədir. Hal-hazırda Dodge şirkəti 6,2-litrlik iş həcmi olan üfürməli səkkiz silindirli mühərriki Challanger kupesi və Charger sedanının «bərkgedən» modifikasiyalarında quraşdırır. Bu mühərrikin fırlanma anı 881 Nm təşkil edir. Fotoşəkillərdən göründüyü kimi, Dodge Durango prototipinin ön hissəsində aqressiv görkəmə malik olan bamper quraşdırılmışdır. Bu sayaq bamper elə Charger modelinin «qaynar» variantında da quraşdırılır.

Buna bənzər ön hissəni həmçinin Jeep Grand Cherokee modelinin ən yeyin modifikasiyası da əldə edəcəkdir. «Bərkgedən» Gran Cherokee modelinin hazırlanacağı barədə məlumatı Jeep şirkətinin rəhbəri Mayk Menli artıq təsdiq etmişdir. 

Bildiyimiz kimi, Jeep Gran Cherokee və Dodge Durango eyni platformada istehsal edildiyi üçün sonuncunun Hellcat mühərriki ilə təchiz edilməsində əlavə xərc tələb edən dəyişikliklərə ehtiyac olmayacaqdır.  Avtomobil tam ötürməli çəkiş sistemi və təkmilləşdirilmiş səkkiz pilləli Torqueflite avtomatik sürətlər qutusunu da əldə edəcəkdir. 

Çox güman ki, «bərkgedən» Durango modeli gələn il modelin yenilənməsindən sonra işıq üzü gərəcəkdir. Elə həmin il də Grand Cherokee modelinin Trackhawk adlı «bərkgedən» variantı da təqdim edilməlidir.

Image alt Image alt Image alt Image alt