Dodge Charger sedanı və Dodge Challenger kupesindən sonra Dodge Durango krossoveri də xüsusi “tarixi” opsiyalar paketinə sahib olub.

Amerikan brendi müştərilərinə bu modeli seçərək, klassik HEMI mühərriklər ailəsinə və silindr blokunun xarakterik narıncı rənginə malik olan belə qurğularla təchiz edilmiş güclü maslkarlar dövrünə ehtiramlarını göstərməyə dəvət edib.  Hazırda portağal rəngində mühərrikin bir hissəsini deyil, avtomobilin kuzov və salonunun elementlərini boyamaq təklif edilir.

1995 dollara Dodge Durango R/T modelinin alıcıları öz avtomobilləri üçün narıncı və tünd silah metalı rəngində kuzov zolaqları, tündləşdirilmiş arxa işıqlar, boz və narıncı nişanlar, habelə 20-düymlük qara təkər disklərindən ibarət olan HEMI Orange dəstini sifariş edə bilərlər.

HEMI Orange variantı olan krossoverlər seçilən narıncı tikişləri olan üzlüyü, oturacaqlardakı naxışlı monoxrom brend loqolarını əldə edəcəkdir. Lakin 4500 dollarlıq HEMI Orange Plus paketini seçənlər, əlavə olaraq elektrikli lyuku, elektron köməkçilərin genişləndirilmiş siyahısını və 19 dinamikli Harman Kardon premium səs sistemini əldə edəcəklər.

Durango R/T modelinin tam ötürməli variantı üçün 5095 dollar dəyərində HEMI Orange Tow N Go dəsti təklif olunur. Bu qiymətə narıncı rəngə boyanmış supportları olan Brembo əyləcləri, gücləndirilmiş asqı, xüsusi 20-düymlük təkər diskləri və avtomobilin ağır qoşquları yedəyə almaq üçün adaptasiyası daxildir.

HEMI Orange Dodge Durango R/T modeli üçün texniki dəyişiklikləri nəzərdə tutmur. Ofrouder standart olaraq 360 at qüvvəli 5,7-litrlik V8 mühərriki və 8-pilləli avtomatik transmissiya ilə təchiz edilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.