Dodge şirkəti Durango modelinin HEMI “səkkizlikləri” ilə təchiz edilmiş krossoverlərin 20-illiyinə həsr olunmuş daha bir xüsusi versiyanı buraxıb. O, Hammerhead Grey Laguna dərisi ilə üzlənmiş interyerin şərəfinə SRT Hellcat Hammerhead adlanır. Xüsusi versiyanın qiyməti 113 720 dollardır.

“Çəkic başlının” kapotunun altında 720 at qüvvəsi və 875 Nm fırlanma anı hasil edən kompressorlu 6,2-litrlik V8 HEMI Hellcat mühərriki yerləşir. Güc qurğusu krossoveri 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyəyə sürətləndirir. Krossover ¼ mili 11,5 saniyəyə qət edir. Maksimal sürət 290 km/saatdir.

Durango SRT Hellcat Hammerhead modelinin kuzovu dəniz dərinliklərinin rənginə boyanıb, interyer tərtibatında isə, açıq-boz rəngli dəridən istifadə olunub. Krossover 20-düymlük təkər disklərinə, qara satinlənmiş kapota, buraxılış sisteminin cilalanmış çıxış ucluqlarına, altıporşenli supportları olan Brembo əyləclərinə və salonun xüsusi tərtibatına malikdir.

Burada preslənmiş karbonplastikdən, “qara xrom”, zamşa və sepiya rəngli vurğularından istifadə edilib. Bonus  - zəngin təchizatdır: avadanlıq siyahısında 10,1-düymlük mərkəzi displey, 19 dinamikli Harman Kardon audio sistemi, ikinci cərgənin oturacaqlarının arasındakı konsol, panoram dam və köməkçi elektron sistemlərin dəsti var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hammerhead verisyasından başqa, Dodge markasının çeşididnə V8 mühərriki olan Durango modelinin bir neçə xüsusi versiyaları var: Hellcat Silver Bullet, R/T 20th Anniversary və SRT 392 AlcHEMI. Birinci üçün ilk dəfə Ebony Red nappa dərisindən istifadə edilib.

İkinci versiya sükan mexanizminin idman tənzimləmələri, adaptiv amortizatorlar, Brembo əyləcləri və aktiv buraxılış magistralından ibarət olan standart Tow N Go paketinə malikdir. Nəhayət, yanvar ayında təqdim edilən SRT 392 AlcHEMI xarici və daxili bəzəkləri ilə seçilir və onun tirajı 1000 nüsxə ilə məhdudlaşacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.