Dodge şirkəti rəsmi olaraq dünyada ilk tamçəkişli olan masl-karı təqdim etmişdir. Bu GT indeksini və tam ötürməki çəkiş sistemini almış Dodge Challenger kupesidir. Yeni modifikasiya Dodge Charger AWD modelindən götürülmüş tam ötürməli transmissiya ilə təchiz ediləcəkdir.
Adi hərəkət rejimində mühərrikin fırlanma anı 100 faiz olaraq arxa təkərlərə ötürülür, ön təkərlər isə yalnız gərək olan zaman birləşdirilir. Tam çəkişli Dodge Challenger GT modeli 305 at qüvvəli 3,6-litrlik altısilindirli Pentastar mühərriki ilə təchiz ediləcəkdir. Bu aqreqat səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır. GT modifikasiyası üçün başqa mühərrik nəzərdə tutulmamışdır. Tam çəkişli kupe elektronikanın tam söndürülməsini təmin edən və üç iş rejimi olan stabilizasiya sistemi ilə təchiz edilir. Bundan başqa, multimedia sisteminin ekranında döngələrdə olan G-qüvvəsi, 100 km/saata sürətlənmə zamanı, dreq-reysinq üçün reaksiya zamanı və trekdə vurulan dövrəyə sərf edilən vaxt göstərilə bilər. Masl-kar üçün Alpine firmasının sabvuferi və doqquz dinamiki ilə təchiz edilmiş 506-vattlıq səs sistemi və dəri və alkantara ilə örtülmüş oturacaqlar daxil olan xüsusi opsiyalar dəstini sifariş etmək olar.
Challenger GT modelinin istehsalına gələn ilin yanvarlnda başlanacaq. ABŞ bazarında avtomobilin satış qiyməti 33,3 min dollar təşkil edəcəkdir.