Dodge şirkəti Last Call “vida” seriyasından olan beşinci avtomobili təqdim edib. Ümumilikdə bu seriyaya yeddi avtomobil daxildir. Bu günə qədər Challenger Shakedown, Charger Super Bee, Challenger Scat Pack Swinger və Charger Scat Pack Swinger modelləri təqdim ediliblər. Beşinci avtomobil isə, 818 at qüvvəli mühərrik ilə təchiz edilmiş Charger King Daytona sedanıdır. 300 nüsxədə buraxılacaq seriya Qərb sahilinin məşhur dreq-reyseri “Böyük Uilli” - Uliyam Robinsona ithaf edilib. Robinson dreq yarışlarından küçə zorakılığı və irqi ayrı-seçkiliyə qarşı mübarizə üsulu kimi istifadə edirdi.

Dodge Charger Daytona modelinin əsasını infernal Charger SRT Hellcat Redeye Widebody sedanı təşkil edir. Sedanın kapotunun altında bu model üçün standart olan 6,2-litrlik HEMI V8 mühərriki yerləşir. Mühərrikin gücü 808-dən 818 at qüvvəsinə qədər artırılıb. Xatırladaq ki, Charger SRT Hellcat Redeye Widebody Jailbreak və Challenger SRT Super Stok modelləri də eyni gücə malik olan mühərrik ilə təchiz edilirlər.

Artıq yuxarıda qeyd etdiyimiz kimi, King Daytona adı 1960-1970-ci illərdə Qərb sahilinin dreq yarışlarının patriarxı olan Uilyam Robinsona istinaddır. Robinson dreq yarışlarından küçə zorakılığı və irqi ayrı-seçkilik ilə mübarizə üçün istifadə edirdi. Onun 1969 Charger King Daytona avtomobili dəfələrlə dreq yarışlarının qalibi olmuşdu. Robinson belə yarışların köməkliyi ilə gəncləri qeyri-qanuni küçə yarışlarından uzaq tutmağa müvəffəq olmuşdu.

Image alt Image alt Image alt Image alt Image alt

Yeni Dodge Charger King Daytona modeli 300 nüsxədən ibarət tirajla buraxılacaqdır. Bütün avtomobillər Go Mango rənginə boyanacaq, “satinləşdirilmiş xromdan” nişanlar, arxa tərəfdəki xüsusi qrafika və Satin Carbon WrapSpeed diskləri ilə təchiz ediləcəklər. Əlavə olaraq, sedan Mopar kapot kilidlərini, narıncı rəngli Brembo əyləc supportlarını, arxa spoyleri, habelə qara rəngli nappa dərisi və alkantara ilə üzlənmiş salonu alacaqdır. Sedanın standart təchizatına Harman Kardon səs sistemçi və elektrik ötürməli lyuk daxildir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.