Son vaxtlar Dodge şirkəti müasir «bərkgedən» modellərini klassik rəng çalarlarının yeni variantları ilə boyamağa başlamışdır. Bir müddət əvvəl, amerikalı istehsalçı Dodge markasına məxsus olan klassik rəng çalarları olan Plum Crazy (bənövşəyi), Top Banana (sarı), B5 Blue (mavi) və Sublime (yaşıl) boyaları yenidən təklif etməyə başlamışdır. Bu yaxınlarda İrvayn şəhərində keçirilən ənənəvi Yaz festivalında Dodge şirkəti daha bir klassik rəng çalarını Go Mango rənginə boyanmış Challanger və Charger modellərinin «bərkgedən» variantları olan SRT 392 və SRT Hellicat modellərini nümayiş etdirmişdir.
Dodge nümayəndələrinin bildirdiyinə görə, «Dodge markasının əfsanəvi «qaynar» modellərinin vizit kartına çevrilmiş» rənglərdən olan Go Mango rənginin yeni variantı narıncı və qırmızı çalarların qatışığından əldə edilmişdir.
Bundan əlavə, FCA alyansının (Dodge, Chrysler, SRT və Fiat) minik avtomobilləri üzrə Şimali Amerika bölməsinin rəhbəri Tim Kuniskis təklif edilən klassik rəng çalarlarının çeşidinin genişləndiriləcəyini bildirmişdir.