Bir müddət bundan öncə Dodge şirkətinin Viper superkarının istehsalının bitməsi ilə əlaqədar hazırladığı xüsusi avtomobillər seriyasından yazmışdır. Amerikan şirkətindən daxiı olmuş məlumata əsasən xüsusi seriyadan olan bütün avtomobillər artıq sahiblərini tapmışdır.
Beş xüsusi seriyadan olan 217 avtomobil beş gün ərzində satılmışdır. Misan üçün, 1:28 Edition ACR seriyasından olan 28 avtomobil 40 dəqiqə ərzində satılmışdır. Bildiyimiz kimi, 1:28 Edition ACR, superkarın Laguna Seca avtodromunda qeydə aldığı dövrə redorduna ithaf edilmişdir.
Keçən ilin oktyabr ayında amerikalı pilot Rendi Pobstun idarə etdiyi avtomobil bu trekdəki dövrəni 1 dəqiqə 28 saniyəyə başa vurmuşdur. Superkar 645 at qüvvəli 8,4-litrlik V10 mühərriki və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilmişdir. Yerindən 100 km/saat həddinə avtomobil 3,0 saniyəyə sürətlənir.

Dodge Voper 1:28 Edition ACR
Digər modifikasiya VoooDoo II adlanır və 2010-cu ilin VooDoo Edition modelinə həsr edilmişdir. Həmin model qara rəngə boyanmışdı və kuzov boyu yapışdırılmış qırmızı haşiyəli gümüşü zolaqlara malik idi. 31 ədəd tirajla buraxılmış avtomobillər iki saat ərzində satılmışdır. 25 nüsxəlik Snakeskin GTC və 100 nüsxəlik GTS-R seriyaları isə iki gün ərzində satılmışdır. 33 avtomobilin istehsalını nəzərdə tutan "diler" seriaysından olan superkarlar isə beş gün müddətində öz sahiblərini tapmışdırlar.

Dodge Viper VoooDoo II
Xüsusi seriyadan olan avtomobillərə belə yüksək tələbatın mövcudluğu Dodge şirkətini daha bir xüsusi Viper modelini buraxmağa vadar etmişdir. Snakeskin ACR adlanan seriyadan olan 31 avtomobilin istehsal edilməsi nəzərdə tutluşdur. Avtomobil Snakeskin GTC ilə eyni təchizata və boyalara (yaşıl rəng və qara zolaqlar) malik olasa da, iri antiqanadı və inkişaf etdirilmiş aerodinamik kuzov dəsti olan trek versiyasının əsasında buraxılacaqdır.