Dodge şirkəti “bərkgedən” Challenger SRT Demon modelinin növbəti tizerini dərc etmişdir. Bu dəfə videoçarxda avtomobil xüsusi dreq rejiminə malik olacağı vurğilanmışdır. Xatırladaq ki, bir müddət bundan əvvəl istehsalçı kəskin sürətlənmə zamanı dreq şinlərinin düşdüyü vəziyyət nümayiş etdirmişdir Bundan əlavə, istehsalçı kəskin və effektiv sürətlənməni təmin edən yeniliklərdən söhbət açmışdır.
Dodge şirkətinin nümayəndələri superkar üçün yeni hidrotransformatorun və 18-düymlük Nitto NT06R dreq təkərlərini hazırladıqlarını bildirmişdirlər. Bu təkərlər adi şinlərə nisbətən 15 faiz ilişmə zonasına və iki dəfədən çox artırılmış asfalt səhti ilə ilişmə səviyyəsinə malikdir. Bundan başqa, arxa oxa ötürülən fırlanma anı da 18% artırılmışdır. Bir müddət bundan əvvəl SRT Demon «bərkgedən» kupesini seriya avtomobilləri arasında olan ən iri hava girişi ilə təchiz edəcəyi bildirilmişdir. Hava girişinin ümumi sahəsi 290 kvadrat santimetr təşkil edəcəkdir. «Şeytanın» hava girişləri həmçinin ön fənərlərdə də olacaqdır.
Bütün bu elementlər Challenger SRT Hellcat modeli ilə müqayisədə daxil olan havanın 30 dərəcə daha az olacağını təmin edəcəkdirlər. Bu məlumatla yanaşı Dodge şirkəti Demon’un ötürməli üfürməsi olan HEMI mühərriki ilə təchiz ediləcəyini bildirmiş və növbəti tizeri dərc etmişdir. Məlumdur ki, Dodge Challenger SRT Demon modelinin alıcısı avtomobillə birlikdə alətlər olan qutunu və ehtiyat təkərləri də daxil olmaqla xüsusi komponentlər dəstini əldə edəcəkdir. Dəstin dəqiq tərkibi açıqlanmasa da onun 18 elementdən ibarət olduğu bildirilmişdir.
Bu elementlərin köməyi ilə sahibi avtomobili dreq və yaxud adi yollarda istifadə üçün hazırlaya bilər. Alətlər olan qutunun üzərində avtomobilin VİN-nömrəsi və sahibinin adı olan lövhəcik bərkidiləcəkdir.
Lakin, xəbərlər bununla bitmir. Bu günlərdə Detroytda Demon medolinin prototipi fotocəsuslar tərəfindən yaxalanmışdır. Prototip adi Challenger modeli kimi görünsə də, kapotdakı iri ölçülü hava girişi bu avtomobilin SRT Demon modifkasiyası olduğuna işarə edir.