Dodge şirkəti Challenger modelinin ekstremal variantı olacaq SRT Demon modelinin alətlər qutusu haqqında məlumatı açıqlayıb. Xatırladaq ki, masl-karın alıcıları onu dreq yarışlarında iştiraka hazırlamaq üçün xüsusi alətlər qutusunu əldə edəcəklər.
Alətlər dəstinin tərkibinə hidravlik domkrat, adapteri olan akkumulyatorla çalışan zərbəli bolt açarı, manometr, burma açar, qanad üçün müdafiə örtüyü və alət çantası daxildir. Bütün alətlərin üzərinə xüsusi modifikasiyanın adı həkk edilmişdir. Bundan başqa, masl-karın alıcıları xüsusi Demon təkər disklərini əldə edəcəkdirlər.
Bir müddət bundan öncə avtomobilin multimedia sistemi barədə məlumat verilmişdir. Dodge Challenger SRT Demon modelinin multimedia sistemi, avtomobilin sahibinə onun çoxsaylı parametrlərini izləmək imkanı yaradacaqdır. Multimedia sistemində avtomobilin dinamikası haqqında da məlumatı görmək mümkündür.
Multimedia sisteminin Performance Pages hissəsində müxtəlif temperaturalar, yanacaq qarışığının tərkibi, hal-hazırda istifadə edilən güc, 60 mildən 100 milə qədər sürətlənmənin vaxtı və dreq yürüşlərinin nəticələri haqqında məlumatları izləmək olar.
Bununla yanaşı, sistemdə yüklənmələr vericisi və startlardakı reaksiya vaxtı da əks olunacaqdır. Bu sistem vasitəsi ilə mühərrikin dayandıqdan sonra əlavə soyudulmasını idarə etmək və launç-kontrolu tənzimləmək mümkün olacaqdır. Əlavə olaraq, sürücü mühərrikin gücünü məhdudlaşdıra, asmanın sərtliyini dəyişə və trekşn-kontrolu tənzimləyə bilər.
Dodge Challenger SRT Demon modelinin rəsmi təqdimat mərasimi 11 aprel tarixində Nyu-York avtosalonunda keçiriləcəkdir.