Dodge şirkəti Challenger modelinin ekstremal variantı olan Demon modelinin yeni videotizerini dərc etmişdir. Eyni zamanda, amerikan istehsalçısı, avtomobil haqqında bir sıra məlumatı da açıqlamışdır.
Məlum olmuşdur ki, Dodge Challenger SRT Demon modelinin alıcısı avtomobillə birlikdə alətlər olan qutunu və ehtiyat təkərləri də daxil olmaqla xüsusi komponentlər dəstini əldə edəcəkdir. Dəstin dəqiq tərkibi açıqlanmasa da onun 18 elementdən ibarət olduğu bildirilmişdir. Bu elementlərin köməyi ilə sahibi avtomobili dreq və yaxud adi yollarda istifadə üçün hazırlaya bilər. Alətlər olan qutunun üzərində avtomobilin VİN-nömrəsi və sahibinin adı olan lövhəcik bərkidiləcəkdir.
Artıq Demon masl-karının yalnız sürücü otucağı ilə təchiz ediləcəyi haqqında məlumat vermişik. Sərnişin oturacağı, baqajın üzlüyü, səs izolyasiyasının bir hissəsi və səs sisteminin müəyyən elementləri çəkiyə qənaət etmək üçün sökülmüşdürlər. Bu məqsədlə Hellcat variantının 20-düymlük təkər disklərindən 18-düymlük disklərin xeyrinə imtina edilmişdir. Challenger Hellcat modelinə nisbətən Demon modifikasiyası 105 kiloqram yüngül olacaqdır. Bununla bərabər, Challenger Demon standart olaraq dreq üçün nəzərdə tutulmuş 315/40R18 ölçülü Nitto NT05R şinləri ilə təchiz edilən ilk seriya avtomobili olacaqdır.