Yeni Charger ikimühərrikli güc qurğusuna, 100,5 kilovat-saatlıq batareyaya və buraxılış sisteminin səsinin simulyasiya edən xüsusi sistemə malikdir. Ən yüksək səviyyəli Charger Daytona Scat Pack modeli 679 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən güc qurğusu ilə təchiz olunur. Elektrik kupesi 100 mil/saata 3,3 saniyəyə sürətlənir. Kupedə ayrıca drift rejimi, eləcə də müxtəlif yarış növləri üçün batareyanın termotənzimləmə sisteminin işini tənzimləyən xüsusi strategiyaları var.

Yeni Charger, 2022-ci ildə keçirilmiş Monterey Avtomobil Həftəsində nümayiş etdirilən Dodge Charger Daytona SRT konseptinin seriya təcəssümüdür. O, istehsaldan çıxarılmış Charger sedanını və Challenger kupesini əvəz edəcək, elektrik və yanacaqla işləyən güc qurğuları ilə təklif olunacaq. Ümumilikdə, yeni Charger dörd modifikasiyaya malik olacaq: Charger Daytona Scat Pack, Daytona R/T, Sixpack H.O. və Sixpack S.O. Üstəlik, yeni model iki kuzov növü - kupe və liftbək formatında təklif ediləcək.

Əzələ avtomobilinin əsasını çoxqollu asqıları və brake-by-wire əyləcləri olan yeni STLA Large platforması təşkil edəcək. Track paketi olan Daytona Scat Pack versiyasının opsiyalar siyahısına iki klapanlı elektronidarələnən amortizatorlar və Brembo əyləc mexanizmləri (Dodge brendinin tarixindəki ən böyük mexanizmlər) daxil edilib. Təkər disklərinin diametri 20 düymdür. Charger Daytona modelinin xarici atributları - ön tərəfdəki firma R-Wing spoyleri və 1962-1975-ci illərdə Dodge avtomobillərində istifadə olunan üçbucaqlı Fratzog nişanlarıdır.

Bundan əlavə, yeni Charger modelinin elektrik versiyaları patentləşdirilmiş Fratzonic Chambered Exhaust sistemi ilə təchiz edilir. Yeni sistemin səsi dramatizminə görə, Hellcat V8 mühərrikinin işlənmiş qazlarının çıxmasından heç də geri qalmır. Üstəlik, bu adi xarici dinamik deyil, ikiqat passiv yayıcıları olan xüsusi kanallardan keçən hava axını tərəfindən yaranan səsdir. Lazım gələrsə, Fratzonic sistemini söndürmək və tam səssizlik şəraitində hərəkətdən həzz almaq olar.

Charger Daytona modeli, gücün artırılmasını təmin edən Direct Connection Stage paketi ilə təchiz olunmuş ikimühərrikli güc aqreqatına malikdir. R/T versiyasında onun hasilatı 503 at qüvvəsi və 548 Nm fırlanma anı, Scat Pack versiyasında isə, 679 at qüvvəsi və 850 Nm təşkil edir. Pik göstəricilər yalnız PowerShot  funksiyası aktivləşdirildikdə 15 saniyə ərzində əlçatandır. Daytona R/T sıfırdan 60 mil/saata (97 km/saat) 4,7 saniyəyə, Scat Pack isə, 3,3 saniyəyə sürətlənir. Hər iki versiya 400 volt işləmə gərginliyi olan nikel-kobalt-alüminium batareyası ilə təchiz edilir. 100,5 kilovat-saat tutumu olan batareya 418-510 kilometr arasında yürüş ehtiyatını təmin edir.

Öz növbəsində, Charger modelinin istehsalına 2025-ci ilin birinci rübündə başlanacaq yanacaqlı versiyası 3,0-litrlik altısilindrli Hurricane biturbomühərrikini alacaq. Charger Sixpack S.O. liftbəkinin mühərrikinin hasilatı 426 at qüvvəsi və 635 Nm, Charger Sixpack H.O. kupesinin isə, 558 at qüvvəsi və 720 Nm olacaq. Hər iki avtomobil standart olaraq tam ötürmə sistemi və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz ediləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Chargerı üçün "yarış opsiyalarının" geniş siyahısı nəzərdə tutulub. Məsələn,  Donut (trəkşn-kontrolun müdaxiləsi olmadan ön təkərlərin ətrafında fırlanma) və Drift hərəkət rejimləri, lonç-kontrol, habelə arxa təkərlərin qızdırılmasını asanlaşdıran Line Lock funksiyası əlçatan olacaq. Ən maraqlı opsiyalardan biri, batareyanı dreq-reysinq və ya trek yarışlrına hazırlamaq üçün nəzərdə tutulmuş xüsusi strategiyalardır. Əzələ avtomobilinin elektrik versiyasının istehsalına bu ilin ortalarında başlanmalıdır. Amerikalı jurnalistlər Charger modelinin başlanğıc qiymətinin 50 min dollar olacağını ehtimal edilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.