Dodge şirkəti bu ilin sonuna kimi Dodge Viper modelinə olan sifarişləri qəbul etməyi planlaşdırır. Bu barədə Detroit News nəşrinə amerikan markasının rəhbəri Tim Kunikis bildirmişdir. Xatırladaq ki, istehsalçı pərəstiş obyektinə çevrilmiş avtomobilin buraxılışını 2017-ci ildə dayandırmaq haqqında qərar qəbul etmişdi.
Bir müddət bundan əvvəl, Dodge şirkətinin Şimali Karolina ştatında yerləşən Gerry Wood Dodge diler mərkəzinin 135 ədəd Viper superkarını sifariş etdiyini yazmışdıq. Diler mərkəzinin sözlərinə görə, sifariş edilmiş avtomobillər istehsal olunacaq avtomobillərin 99 faizini təşkil edir.
Diler mərkəzinin sifariş etdiyi avtomobillər arasında 38 xüsusi seriyadan olan Viper modeli vardır Bunlardan 18 ədədi ACR Solid Edition, 14 ədədi A/E Solid Edition və altı ədədi Black Stripe seriyasından olan superkarlardır. Dilerin iddia etdiyinə görə, bu sifariş onu dünyada olan ən iri Dodge Viper satıcısına çevirir.
Dodge Viper modelinin istehsalının dayandırılacağı hələ bu ilin əvvəlidə bildirilmişdir. Bunun səbəbi ABŞ-da qəbul edilmiş qanunun qüvvəyə minməsi olmuşdur.
Yeni qanuna əsasən Amerika Birləşmiş Ştatlarında satılan bütün avtomobillər mütləq olaraq yan təhlükəsizlik pərdələri ilə təchiz edilməlidir. Viper modelinin konstruksiyası isə bu sahədə dəyişiklik etməyə imkan vermir. Əgər dəyişiklik edilərsə sürücü və sərnişinin başı üzərində boş məkan qalmayacaqdır. Dodge Viper superkarı 8,4-litr iş həcmi olan V10 mühərriki ilə təchiz edilir.
Bu mühərrik 654 at qüvvəsi gücə malikdir. Yerindən 60 mil/saat sürətinə superkar üç saniyəyə sürətlənir. Onun ABŞ-dakı satış qiyməti 89995 dollar təşkil edir.