Üç cərgəli Dongfeng 580 krossoveri 2016-cı ildən istehsal olunur. Bu modelin istehsalı ilə, iki il əvvəl Fengon ticarət markasını ələ keçirən Dongfeng Fengguang bölməsi məşğul olur. Bu günlərdə Çində ikinci nəsil Dongfeng Fengon 580 krossoveri təqdim olunub və onun üzərində əsas konsernin bircə loqosu belə yoxdur.
580 modelinin ölçüləri demək olar ki, dəyişməyib: onun uzunluğu 4720 millimetr, eni - 1865 millmetr, hündürlüyü isə 1710 millimetrdir. Modelin təkər bazası 5 millimetr artaraq 2785 millimetr olub. Avtomobilin platforması dəyişməyib, lakin bahalı versiyalar arxa çoxqollu asqı ilə təchiz olunurlar. Adi tir ilə təchiz edilmiş daha sadə variantlar olmayacaq və ehtiyat təkər arxa çıxıntının altından baqajdakı bölməyə köçürülüb.
Kuzov tamamilə yenidir, fərqli nisbətlərə və daha “sanballı” dizayna sahib olub. Fənərlər artıq işıqdiodlarında hazırlanır, birinci nəsildən miras qalan yeganə element isə, “əsas” arxa işıqların yerləşdiyi beşinci qapıdır. Əlavə bölmələr bamperdə yerləşir.
Üç cərgəli salon iki konfiqurasiyada təklif olunur: ikinci sırada üç nəfərlik divan və ya iki fərdi kreslo quraşdırıla bilər. Sonuncu halda kreslolar qızdırılır və havalandırılır. Ön paneldə iki ekran var, media sistem isə Huawei HiCar əməliyyat sisteminə malikdir.
Dongfeng Fengon 580 modeli 184 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən yeni 1.5 T-GDI turbomühərriki ilə təchiz edilir. Əvvəlki mühərrik 145 at qüvvəsi və 220 Nm flrlanma anına malik idi. Variatoru isə klassik altı pilləli “avtomat” əvəzləyib. Ötürmə yalnız ön oxadır, 4x4 ötürməsi isə planlarda belə yoxdur.
Yeni krossover Çin bazarına payızın sonuna qədər satışa çıxacaqdır. Yenilənmiş krossoverin qiyməti artıq açıqlanıb: 15 min dollardan 20 min dollara qədər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.