Hollandiyada yerləşən sportkar istehsalçısı Donkervoort şirkəti D8 GTO modelinin ən ekstremal variant olan Donkervoort D8 GTO RS modifikasiyasını təqdim etmişdir. Hollandiyalılar, bu avtomobili 2005-ci ildə Nürburqrinqin “Şimal ilgəyində” seriya avtomobilləri üçün recorda imza atmış 270 RS modelinin xələfi hesab edirlər.
Yeni modifikasiyanın buraxılması barədə qərar bu ilin may ayında anons edilmişdi. O zaman istehsalçı avtomobil haqqında heç bir məlumat verməmişdi. Hazırda Donkervoort nümayəndələri, D8 GTO RS modelinin istehsalçının model cərgəsində, şirkətinin öz texnologiyası əsasında karbondan hazırlanmış detallardan istifadə edən ilk avtomobil olduğunu bildirmişdirlər. Sportkar Audi şirkətinin 2,5-litrlik beş silindrli turbomühərriki ilə təchiz edilmişdir. "Avro-6” standartlarının tələblərinə uyğunlaşdırılmış mühərrik 375 at qüvvəsinə malikdir və iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə birgə çalışır. Hollandiyalılar yeni modelin sələfindən “çox yeyin” olduğunu iddia etsələrdə dəqiq rəqəmləri səsləndirməmişdirlər.
Xatırladaq ki, Donkervoort 270 RS modeli 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənirdi. D8 GTO modelinin bu günə qədər olan ən ekstremal variant olan Bilster Berg isə, bu işə 2,8 saniyə sərf edirdi.
Hər iki avtomobilin maksimal sürəti 270 km/saat təşkil edirdi. Bundan başqa, şirkət nümayəndələri yeni aerodinamik elementlərin hesabına yerə basma gücünün hər iki ox üçün 50 kiloqram artıdığını bildirmişdilər. Avtomobilin aerodinamik müqavimət əmsalı da 20 faiz azaldılmışdır. RS variant həmçinin yenidən tənzimlənmiş asma və tam tənzimlənən ABS və trekşn-kontrol ilə təchiz edilir.
Cəmi 65 ədəd D8 GTO RS modeli istehsal ediləcəkdir ki, bunlardan 40 ədədi “standart”, 15 ədədi rənglənməmiş karbondan hazırlanmış kuzovla olacaqdır. Qalan 10 avtomobil ümumi yollar üçün nəzərdə tutulmuş sekvental ötürmələr qutusu ilə təchiz edilmiş “yarış” variant olacaqdır. Qeyd etmək lazımdır ki, artıq 42 avtomobil öz sahibini tapmışdır.