Hollandiyada fəaliyyət göstərən və özünün idman avtomobilləri məşhur olan Donkervoort şirkəti Audi mühərriklərindən imtina etmək qərarına gəlib. Məşhur 2,5 TFSI turbomühərriki ilə təchiz edilən sonuncu Donkervoort avtomobili xüsusi Final Five versiyasında buraxılacaq F22 tarqası olacaq. Tarqa xüsusi təchizata və şəffaf lak qatı ilə örtülmüş karbonplastikdən hazırlanmış kuzova malik olacaq. Beş nüsxəlik tirajla buraxılacaq modelin qiyməti 315 min avrodur.

2023-cü ildə seriya avtomobilləri arasında ən yüksək köndələn sürətlənmə rekorduna iddialı olan  Donkervoort F22 modeli holland markasının Audi şirkətininbeşsilindrli turbomühərriki ilə təchiz edilən son idman avtomobili olacaq. Hollandiyalılar artıq 25 ildir ki, öz avtomobillərinə İnqolştadt istehsalçısının mühərriklərini quraşdırırlar və məhz 2,5 TFSI mühərriki sayəsində müasir Donkervoort avtomobilləri superkar dinamikasını nümayiş etdirirlər. Donkervoort F22 (500 at qüvvəsi, 640 Nm) ilk “yüzlüyə” 2,5 saniyəyə sürətlənir, 200 km/saat həddini isə, 7,5 saniyəyə toplayır.

EA855 mühərrikləri ilə vidalaşmaq üçün F22 tarqasının Final Five xüsusi versiyası hazırlanıb. Vida versiyasını beş nüsxədə buraxmaq planlaşdırılır. Onların hər biri karbon-keramika əyləclərini, titandan buraxılış sistemini, karbonplastikdən diskləri və avtomobilin çəkisini 34 kiloqram - 750-dən 716 kiloqrama qədər azaldan şəffaf lak qatı ilə örtülmüş kompozit kuzovu alacaq. Qalan cəhətdən bu, arxa ötürməli, özükilidlənən Torsen differensialı, adaptiv amortizatorlar və Nankang AR-1 yarıslikləri ilə təchiz edilmiş adi F22 modelidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xüsusi versiyanın qiyməti 315 min avro təşkil edir. Hollandiyalılar hansı güc aqreqatından istifadə edəcəkləri barədə heç bir məlumat vermirlər. Donkervoort nümayəndələri növbəti modelin elektromobil və ya qiyməti milyon dollarla ölçülən avtomobil olmayacağını bildiriblər, və bunu artıq yaxşı xəbər saymaq olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.