İdman avtomobillərinin istehsalı ilə məşğul olan Hollandiyanın Donkervoort şirkəti karbondan hazırlanmış ekstremal D8 GTO rodsterini rəsmi olaraq təqdim edib. Rodster marka yaradıcısı Yoop Donkervoortun 70-illik yubileyini qeyd etmək üçün inşa edilib.
Arxa ötürməli avtomobil, şirkətin model xəttindəki ən güclü sportkardır - 2,5-litrlik turbomühərrikin hasilatı 421 at qüvvəsi və 520 Nm fırlanma anı təşkil edir. Mühərrik 5-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.
Karbon lifin hazırlanmış detallar sayəsində avtomobilin kütləsi cəmi 700 kiloqram təşkil edir. D8 GTO JD70 modeli 100 km/saat həddini toplamağa 2,7 saniyəyə sərf edir. 200 km/saata sürətlənməyə isə 7,7 saniyə tələb olunur. Maksimal sürət həddi 280 km/saat həddində məhdudlaşdırılıb. Rodsterin 100 kilometrə səkkiz litr yanacaq sərf etdiyi bildirilir.
Əlavə ödənişlə, model üçün karbondan hazırlanmış təkər diskləri və sükanın elektrik gücləndiricisini sifariş etmək olar. Bundan başqa, opsional avadanlıq siyahısına kondisioner, yarış ABS-i, telemetriya sistemi, differensialın soyudulması və alın şüşəsinin deflektoru daxil edilib.
Rodsterin qeyri-adiliyi yüklənmələrin pik həddində də özünü biruzə verir: döngələrdə onlar 2 g həddini aşır, start zamanı - 1,02 g, yarıslik şinlərdə əyləcləmə zamanı - 1,65 g təşkil edir. Müqayisə üçün, Volkswagen ID.R elektrik prototipində döngələrdəki yüklənmə 3.49 g, əyləcləmə zamanı isə 2,7 g təşkil edir.
Donkervoort D8 GTO JD70 modeli 70 nüsxəlik tirajla buraxılacaqdır. Məhdud seriyadan olan rodsterin qiyməti 198.000 avrodan başlayır.