Kia şirkəti dördüncü nəsil Carnival/Sedonia miniveninin ilk tizerini dərc edib. Yeni minivenin təqdimatı 2020-ci ilin sentyabr ayında Cənubi Koreyada keçirilməlidir.
Təqdim olunan tizerdən göründüyü kimi, dördüncü nəsil Carnival modeli koreya markasının yeni kossoverlərinin dizayn üslubunda hazırlanmış eksteryerə malik olacaqdır. Miniven, rəvan şəkildə ön fənərlərə keçən klassik radiator barmaqlığını əldə edəcəkdir.
Minivenin yan tərəfindən, ön və arxa işıq texnikasını vizual olaraq birləşdirən xətt keçir. Eyni zamanda, avtomobilin arxa qapılarının arxasındakı dayaq "üzgəc" formasına malikdir.
Yeni nəsil Kia Carnival miniveninin daxili bazardakı satışlarına 2020-ci ilin üçüncü rübündə başlanmalıdır. Bundan sonra miniven digər ölkələrdə də satılmağa başlayacaqdır. Kia nümayəndələri yaxın vaxtlarda yeni modelin texniki xüsusiyyətlərini və qiymətini açıqlamağa söz veriblər.