Skoda şirkətinin populyar modellərindən biri olan Fabia hetçbekinin yeni nəsli təqdim edilib. Qeyd etmək gərəkdir ki, Fabia modeli Avropada hər il 100-150 minlik tirajla satılır. Üçüncü nəsildən olan Skoda Fabia modeli yeddi ildir ki, konveyer həyatı yaşayır və nəhayət onu əvəzləyəcək dördüncü nəsildən olan hetçbek bu gün debüt edib.
Kiçik Skoda çex markasının çoxlu bucaqları olan firma dizayn üslubuna sadiq qalıb. Fənərlərin qaşqabaqlı baxışı və geniş radiator barmaqlığı böyük modellər ilə eyni üslubdadır, lakin Fabia beşinci qapıda əlavə bölmələri olan üfiqi arxa fənərləri ilk dəfə alır. Ön LED fənərlər artıq "bazadadır", lakin arxa diod fənərlər üçün əlavə pul ödənilməlidir. Hetçbek diametri 14 ilə 18 düym olan təkər diskləri ilə təklif olunur.
Mühəndislər aerodinamikada üzərində yaxşıca işləyiblər. Cd əmsalı 0,32-dən 0,28-ə endirilib – bu göstərici radiator barmaqlığının alt hissəsində yerləşən və gərək olduqda elektronika tərəfindən açılan aktiv çəpərciklər sayəsində əldə edilib. Yardıcılar bu çəpərciklərin 120 km/saat sürətlə hərəkət zamanı, yanacaq sərfiyyatını 100 kilometrə 0,2 litr azalda biləcəyini iddia edirlər.
Ən başlıcası, Fabia nəzərəçarpacaq dərəcədə böyük və tutumlu olub. Modelin təkər bazası 94 millimetr (2564 millimetr), ümumi uzunluğu isə 111 millimetr (4108 millimetr) artıb. Eyni zamanda, avtomobilin eni hiss olunacaq dərəcədə - 48 millimetr (1780 millimetr) genişlənib.
Bu parametrlərə görə yeni Skoda Fabia artıq dördüncü nəsil Volkswagen Golf hetçbeki ilə müqayisə edilə bilər! Avtomobilin hündürlüyü də 8 millimetr (1459 millimetr) azalıb. Rəfin altındakı baqaj bölməsinin həcmi 330-dan 380 litrə, arxa sıradakı oturacaqların qatlanması halında isə 1150-dən 1190 litrə qədər artırılıb.
İnteryerdə də sürprizlər var: yeni Fabia havalandırma sisteminin yuvarlaq deflektorlarını alan ilk müasir Skoda modelidir. Əvvəllər şirkət belə bir "sərbəstiyə" yol vermə bilməzdi, bununala belə, havalandırma sisteminin mərkəzi deflektorları əvvəlki kimi düzbucaqlıdırlar və indi media sisteminin ekranının altında yerləşirlər. Müştərilərə 6,5, 8,0 və ya 9,2 düymlük ekranı olan üç multimedia sistemində birini seçmək təklif olunur, ən bahalı multimedia sistemi isə naviqatora, İnternet çıxışına (eSIM) və avtomatik yenilənmə funskiyasına sahibdir.
Octavia modelindan fərqli olaraq, klimat-kontrolun ayrica idarəetmə bloku saxlanılıb və xarici işıqları aktivləşdirən klassik dönən açar da yerindədir. Hetçbekin baza versiyası analoq cihazlar paneli ilə təklif olunu, 10,25-düymlük virtual cihazlar paneli ilə opsiyadır. Daxili işıqlandırma genişləndirilib: məsələn, qapı tutacaqlarının yaxınlığında diodlar peyda olub.
Altı təhlükəsizlik yastığının və stabilizasiya sisteminin standart təchizata daxil olmasına baxmayaraq, baza təchizatlı Fabia ancaq proletariatı razı sala bilər. Bununla belə, opsional avadanlıq siyahısı əhəmiyyətli dərəcədə genişləndirilib.
Məsələn, Fabia üçün ilk dəfə olaraq, qızdırılan sükan və alın şüşəsi, panoram dam, ikizonalı klimat-kontrol və adaptiv Travel Assist kruiz-kontrolu təklif edilir. Əlavə olaraq, sürücü üçün diz yastığını və arxa sərnişinlər üçün yan hava yastıqlarını sifariş etmək olar.
Ön sərnişin oturacağı qatlanan kürək hissəsinə və Isofix əlavələrinə sahib ola bilər. Fabia üçün Simply Clever seriyasından olan 43 həll təklif edilir. Bunlara misal kimi, arxa görüntü güzgüsünün əsasındakı USB-C konnektorunu, sürücü qapısındakı çətiri, smartfonlar üçün ayrıca cibləri, kiçik əşyalar üçün qarmaqlar və yerləri, habelə baqajdakı torları göstərmək olar.
Bundan başqa, baqaj rafının altına bərkidilən və 3,5 kiloqrama qədər yükə davam gətirən əlavə tor da mövcuddur.
Skoda Fabia modeli Volkswagen Polo, Audi A1 və Seat Ibiza modellərindən tanış olan MQB-A0 modul platformasına “köçüb”. Bu, təklif edilən elektron sistemlərin çeşidini genişləndirməklə yanaşı, optimallaşdırılmış kuzov quruluşu və şassi sayəsində ölçüləri böyümüş avtomobilin çəkisini eyni səviyyədə saxlamağa imkan verib.
Bu işə yanacaq çəninin azaldılmış həcmi də öz töhfəsini verib: əvvəlki modeldəki 45 litrlik çənin əvəzinə 40 litrlik variant təklif edilir. Əlavə ödəniş qarşılığında 50 litrlik çəni də sifariş etmək mümkündür.
Fabia hələ 2018-ci ildə dizel mühərriklərindən məhrum edilib, bu səbəbdən yeni modelin arsenalında yalnız Evo seriyasından olan benzin mühərrikləri var. Fabia modelinin mühərrik çeşidinə 65 və 80 at qüvvəli 1,0 MPI üçsilindrli atmosfer mühərriki,95 və 110 at qüvvəli 1,0 TSI “turboüçlüyü” və silindrlərin yarısını söndürülmə funksiyasına sahib olan 150 at qüvvəli 1,5 TSI “turbodördlük” daxil edilib.
Ən maraqlısı odur ki, Fabia üçün hibrid güc qurğusu təklif olunmur, hətta "mülayim" olanı belə.
100 at qüvvəsinə qədər gücü olan üçsilindrli mühərriklər beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirlər. 110 at qüvvəli mühərrik altı pilləli mexaniki ya da yeddi pilləli DSG transmissiyası ilə tandemdə çalışa bilər, nəhayət 150 at qüvvəli top versiya standart olaraq DSG “robotu” ilə təchiz olunur.
Ən güclü Fabia 100 km/saat həddinə 7.9 saniyədə sürətlənir və 225 km/saatlıq maksimal süət həddinə malikdir.
Yeni Skoda Fabia hetçbeklərinin Avropa bazarındakı satışlarına bu ilin yayında başlanacaqdır. Universal kuzovlu Fabia Combi modeli daha sonra debüt edəcəkdir. İş orasındadır ki, universal üzərindəki çalışmalara müəyyən gecikmə ilə başlanıb, çünki onu Skoda Kamiq krossoveri ilə əvəzləmək nəzərdə tutulurdu.