Skoda şirkəti Fabia modelinin dördüncü nəslini təqdim etməyə hazırlaşır. Bu dəfə casuslar yeni hetçbeki seriya kuzovunda və minimal kamuflyajla çəkməyə müvəffəq olublar. Yeni hetçbekin şəkilləri AutoExpress.co.uk nəşri tərəfindən yayımlanıb.

Yeni Fabia modelinin final sınaqları Çex Respublikasında həyata keçirilir. Şəkillərdəki prototip seriya kuzovuna malikdir, kamuflyaj örtüyü isə, onun arxa işıqlarını qismən gizlədir. Yeni hetçbek əvvəlki nəsildən silueti ilə fərqlənir: hetçbekin dam xətti daha meylli, arxa dirəklərin meyl bucağı isə daha böyük olub. Arxa qapının üstündə qara rəngli spoyler quraşdırılıb, radiator barmaqlığı da qara rəngə boyanıb. Bundan əlavə, dördüncü nəsil Fabia modeli LED işıqları, əlavə bölməyə sahib olan yeni arxa fənərləri əldə edib. Duman işıqlarının forması da dəyişdirilib.

Image alt Image alt Image alt Image alt Image alt

Skoda Fabia modeli nəsil dəyişikliyi ilə birlikdə, yeni Volkswagen Polo və Audi A1 Sportback modelinin inşa olunduğu MQB-A0 platformasına keçib. Yeni modelin mühərrik çeşidinə bir neçə güc variantında təklif olunacaq 1.0 TSI benzin turbomühərrik daxil ediləcəkdir. Baza aqreqatı 1,0-litrlik atmosfer mühərriki olacaqdır.

Bir müddət bundan əvvəl, Skoda şirkəti yeni Fabia hetçbekinin 2021-ci ildə bazara çıxacağını təsdiqləyib ki, bu da yeni modelin təqdimatının yaxın vaxtlarda baş tutacağı deməkdir.