Bu xəbər yeri baykerlər üçün maraqlı olar. Hollandiyadan olan Dr.Jekill & Mr.Hyde firması maraqlı bir səsboğucu sistemi təqdim etmişdir. İşlənmiş qazların tullanmasına cavabdeh olan klapanının elektron idarə etməsi sisteminə malik olan adaptiv buraxılış sistemi sayəsində bayker bir neçə saniyə ərzində üç mümkün rejimdən birini seçmək imkanına malikdir.
“Street Legal” tipli səsboğucu sistemləri qadağan edən beynəlxalq təşkilatların göstərişlərinə əməl etmək məqsədi ilə Dr.Jekill & Mr.Hyde firması üç rejimə - Sport, Dynamic və Travel rejimlərinə malik olan universal səsboğucu sistemi təklif edir.
Onu da vurğulamaq gərəkdir ki, bu sistemin mövcudluğu texniki baxış və qeydiyyat üçün əngəllər törətmir. “Travel” rejimində qaz klapanı maksimal dərəcədə bağlanmışdır ki, bu da səs-küyü minimuma endirir. Bu funksiya şəhərlərdə və ümumiyyətlə yaşayış məntəqələrində hərəkət üçün yararlıdır.
“Dynamic” rejimində isə klapan orta vəziyyəti alır və beləliklə buraxılış sisteminin səsi klassik birbaşa səsboğucu sistemlərinın səsinə uyğun olur. “Sport” rejimində klapan tam açılaraq tam yüksək səsi təmin edir. İstehsalçının bildirdiyinə görə, “Sport” rejiminin istifadəsi mühərrikin gücünü 5 at qüvvəsi artırmağa imkan verir. Holland səsboğucu sisteminin ortalama qiyməti 1500 – 2000 avro təşkil edir.