Citroen şirkətinə məxsus olan DS premium markası rəsmi olaraq DS 3 Crossback modelini təqdim edib. Yeni model fransız markasının elektrik güc qurğusu ilə təklif edilən ilk avtomobili olacaqdır. Krossoverin kütləvi debütü oktyabrda işinə başlayacaq Paris avtosalonunda baş tutacaqdır.
DS 3 Crossback modeli PSA alyansına məxsus olan CMP model platformasında inşa edilib. Gəcəkdə bu platforma Peugeot, Citroel, Opel və Vauxall markasından yığcam avtomobillərin əsasını təşkil edəcəkdir. DS 3 Crossback modelinin qabarit uzunluğu 4118 millimetr, eni – 1791 millimetr, hündürlüyü isə 1524 millimetr təşkil edir. Ölçülədinə görə yeni krossover Citroen C3 Aircross modelindən kiçikdir.
Modelin dizaynı bayraqdar modeli olan DS 7 Crossback krossoverindən ilham alaraq yaradılmışdır.
Bununla belə, mərkəzi dayaqdakı “üzgəclər” bizə DS 3 hetçbekini xatırladır.
Yeni krossoverin maraqlı cəhətləri görünməyən moldinqlər, kuzov səhti ilə eyni səviyyədə olan qapı dəstəkləri və kuzovun ikirəngli boyanmasıdır. DS 3 Crossback modelinin mühərrik çeşidinə 100, 130 və 155 at qüvvəsi hasil edən 1,2-litrlik turbomühərriklər, 100 və 130 at qüvvəli 1,5-litrlik BlueHDi dizelləri, həmçinin 136 at qüvvəsi və 260 Nm fırlanma anına malik olan elektrik güc qurğusu daxil edilibdir.
Elektrik güc qurğusu 50 kilovat-saatlıq akkumulyatorlar blokundan qidalanır. Elektrokar dolu batareya ilə 300 kilometr yürüş edir. DS 3 Crossback E-Tense modeli 100 km/saat həddinə 8,7 saniyəyə sürətlənir. 11 kilovatlıq elektrik yükləmə qurğusu vasitəsi ilə batareyaların enerji ehtiyatını beş saata bərpa etmək mümkündür. Bundan başqa, elektromobil 100 kilovatlıq yeyin yükləməni dəstəkləyir.
DS 3 Crossback modelinin təchizatına işıqlanmadan asılı olaraq işıq axınını dinamik şəkildə dəyişən matrisa tipli işıqdiodlarından fənərlər, avtomobili hərəkət zolağında saxlayan və öndəki avtomobil ilə ara məsafəsini tənzimləyən DS Drive Assist avtonom idarəetmə sistemi, park yardımçısı, həmçinin smartfonun köməyi ilə mühərriki işə salmaq və qapıları açmağa imkan verən DS Smart Access funksiyası daxildir.
Bundan başqa, DS 3 Crossback məlumatı əks etdirmənin beş rejimi olan rəqəmsal cihazlar panelinə, rəngli proyeksiya displeyinə, 10,3-düymlük displeyi olan multimedia sisteminə və 12 dinamikli Focal səs sisteminə sahib olub.
Modelin Avropadakı satışlarına gələn il başlanmalıdır.