Stellantis konserninin tərkibinə daxil olan DS Automobiles şirkəti nadir hallarda ictimaiyyəti tamölçülü təqdimatlarla sevindirir: ən sonuncu yeni model, ikinci nəsil DS 4 hetçbeki hələ 2021-ci ildə bazara daxil olub. Lakin bu ilin sonuna qədər mühüm bir təqdimat daa baş tutmalıdır: DS 8 seriya elektromobili demək olar ki, hazırdır və o, firma kamuflyajında nümayiş etdirilib.

Əslində, DS 8 indeksi hələlik rəsmi olaraq təsdiqlənməyib: şirkətin rəsmi nəşrlərində avtomobilin adı göstərilmir, lakin Avropa mediası artıq cəsarətlə və qeyd-şərtsiz şəkildə onu “səkkizlik” adlandırır. Bu, 2020-ci ilin DS Aero Sport Lounge konsept avtomobilinə əsaslanan və uzunluğu təxminən 4,8 metr olan kupeşəkilli krossoverdir. Bununla belə, təkcə dizayn elementləri deyil, hətta kuzovun nisbətləri də dəyişdirilib: seriya versiyası tamamilə fərqli arxa konfiqurasiyaya malikdir.

Mühəndislərin xüsusilə aerodinamikaya diqqət yetirdiyi deyilir, DS 8 kapotun alçaq burnuna, hamar yan tərəflərə, “batırılmış” qapı tutacaqlarına və ön hava girişindəki aktiv jalüzilərə malikdir. Bununla belə, Cx=0,24 aerodinamik müqavimət əmsalı müasir elektromobillərin standartlarına görə elə də güclü təsir bağışlamır: Çində artıq Cx əmsalı təxminən 0,2 olan modellər kütləvi şəkildə istehsal olunurlar.

Image alt Image alt Image alt Image alt Image alt

DS 8 krossoveri STLA Medium modul platformasına əsaslanacaq, yəni texniki baxımından Peugeot e-3008 və e-5008 modelləri ilə unifikasiya ediləcək. İki mühərrikli tam ötürmə vəd edilir, lakin tərtibatçıların əsas qüruru 750 kilometrlik(WLTP dövrünə əsasən) yürüş ehtiyatıdır. Digər təfərrüatlar dekabrda açıqlanacaq. DS 8 elektrokarı gələn ilin yazında baza çıxmalıdır və çox güman ki, İtaliyanın Melfi şəhərindəki Fiat zavodunda istehsal olunacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.