DS E-Tense elektrik kupesi PSA konserninin 2016-cı ildə keçirilmiş Cenevrə avtosalonundakı ən effektiv eksponatı olub. DS markasının model çeşidində belə avtomobil peyda olmasa da, altı il sonra fransız istehsalçısı konseptə ikinci həyat bəxş edib: daha güclü və aqressiv DS E-Tence Performance işıq üzü görüb.
Karbonplastikdən hazırlanmış monokok və xarici kuzov panellərinin böyük hissəsi dəyişilməz qalıblar ki, bu da, adətən marka dizaynerlərinin üzərində işlədikləri yeni istiqamətləri nümayiş etdirməklə vəzifələndirilmiş konsept avtomobili üçün qəribə haldır.
Lakin bunun səbəbi çox sadədir: DS E-Tence Performance sıfırdan yaradılmayıb – onun əsasını 2016-cı ildə Cenevrədə nümayiş etdirilmiş konsept təşkil edir. Başqa sözlə desək, əvvəlki E-Tence modeli yalnız arxiv fotoşəkillərində mövcuddur.
Yeni konseptin ən diqqət çəkən hissəsi ön tərəfidir. Performance versiyası 800 işıqdiodundan ibarət olan ön işıq texnikasına və ənənəi radiator barmaqlığının yerində quraşdırılmış holoqrafik displeyə sahibdir.
Fənərlərin linzalarının əvəzinə isə, yardımçı elektronikanın fəaliyyətini təmin edən kamera cütlüyü quraşdırılıb. Təkər disklərinin ölçüsü 21 düym, avtomobilin uzunluğu isə, 4720 millimetr təşkil edir. Yeni interyerin şəkilləri dərc edilməsə də, oturacaqların dəri örtüyü və Focal Utopia səs sistemi vəd olunub.
Texniki hissə isə tamamilə yenidir və 2023-cü ildə treklərə çıxacaq üçüncü nəsil Formula E boldiləri ilə eynidir. Xatırladaq ki, DS markası Formula E çempionatında 2015-ci ildən iştirak edir. Əgər ilkin DS E-Tense konsepti 402 at qüvvəli bir mühərrikə və arxa ötürməyə malik idisə, Perormancü versiyası iki mühərrikə və tam ötürməyə sahibdir.
Ön mühərrik - 340, arxa mühərrik isə 475 at qüvvəsi hasil edir. Güc qurğusunun ümumi hasilatı 815 at qüvvəsidir. Təkərlərdəki fırlanma anı 8000 Nm (!) çatır. Dartma batareyası TotalEnergies konserninə daxil olan Saft firması ilə birlikdə hazırlanıb və oturacaqların arxasında yerləşir.
Batareya alüminium və karbonplastikdə hazırlanmış xüsusi korpusa, maye ilə soyudulma sisteminə və 25 kilvat-saatlıq tutuma malikdir. Konseptin mənzili barədə məlimat verilməsə də, onun 100 km/saata iki saniyəyə sürətlənəcəyi bildirilib.
Dərc edilmiş şəkillərin kompyüter təsvirləri olmasına baxmayaraq, işçi prototipin sınaqlarına bu ay başlanmalıdır. Konseptin seriya istehsalı nəzərdə tutulmayıb.
DS E-Tence Performance gələcək elektromobillərdə tətbiq ediləcək yeni həllərin sınaqdan keçirilməsi üçün laboratoriya rolunu oynayacaqdır. Belə ki, 2024-cü ildən başlayaraq, DS markasının bütün yeni modelləri elektrik ötürməsi ilə hərəkətə gələcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.