Citroen şirkətinin premium subbrendi olan DS markasının 9 indeksli flaqman sedanının Opera Premiere adlı ultra lüks versiyası debüt edib. Yeni dəbddəbli sedan adi DS 9 modellərindən unikal bənövşəyi rəngli kuzovu, Nappa dərisi ilə üzlənmiş salonu, dekoru və genişləndirilmiş standart təchizatı ilə fərqlənir.

Flaqman sedanına biçilmiz qiymət də çox yüksəkdir: Fransada Opera Premiere versiyasında olan ön ötürməli sedanın qiyməti 76 800 avro, tam ötürməlinin isə, 86 650 avrodur. Yüksək qiyməti vətənpərvərlik ilə də əlaqələndirmək mümkün deyil, çünki DS 9 modelləri Çində yığılırlar.

Flaqman DS 9 sedanı iki il yarım əvvəl debüt edib və modelin birbaşa rəqibləri BMW 5 Series, Mercedes-Benz E-Class və Audi A6 sedanlarıdır. Eyni zamanda, “böyük alman üçlüyünün” tam ötürməli plagin hibridləri Avropada ön ötürməli DS 9 Opera Premiere modelindən belə ucuzdurlar!

Avropada 394 at qüvvəli BMW 545e xDrive PHEV sedanı 74,5 min avroya, 367 at qüvvəli Audi A6 55 TFSI e quattro sedanı isə 71,2 min avroya başa gəlir. Hətta 250 at qüvvəli ön ötürməli DS 9 E-Tense Opera Premiere baza sedanının Avropadakı sataış qiyməti 76,8 min avrodur. 360 at qüvvəli tamötürməli hibrid üçün isə, demək olar ki, on min avro artıq ödəmək gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt

DS 9 Opera Premiere modelinin yüksək qiyməti sedanın bütün mümkün opsiyalarla təchiz edilməsi ilə bağlıdır. Yaddaşı, masaj və havalandırma funksiyaları olan oturacaqlar, alkantara ilə örtülmüş tavan, Nappa dərisi ilə üzlənmiş oturacaqlar və qapı kartları, aktiv yaylı asqı, döngəni işıqlanıdran ön fənərlər, gecə görmə sistemi və elektriklə tənizmlənən lyuk üçün əlavə ödəniş tələb edilmir.

Lakin Fransada DS 9 modelinin Çində yığıldığını xatırlayırlar, hətta Beşinci Respublikanın prezidenti Emmanuel Makron da belə sedanda deyil, uzunadılmış DS 7 krossoverində səyahətə üstünlük verir.Ən bahalı DS 9 sedanına tələbatın olub-olmayacağını əlbəttə ki, zaman göstərəcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.