Citroen şirkətinin premium DS markası 3 mart tarixində Cenevrə avtosalonunda göstərməyi planlaşdırdığı Aero Sport Lounge konseptini nümayiş etdirib . Konsept, kupeşəkilli kuzova, Formula E bolidindən götürülmüş 680 at qüvvəli mühərrikə və salon tərtibatında qeyri-adi tərtibat materiallar istifadə edilən elektrik krossoveridir.
Krossoverin uzunluğu beş metrə çatır, onun maili damı isə, aerodinamika baxımından düşünülmüş bir elementdir. Avtomobilin ön hissəsi, o cümlədən yalançı radiator barmaqlığı da, mürəkkəb formaya malikdir. Bu forma hava axınlarının yenidən bölüşdürülməsinə xidmət edir. Bundan əlavə, konsept 23-düymlük təkər diskləri ilə təchiz edilib.
Konseptin salon tərtibatında toxunmalı üç komponentli mikroliflər və Lison de Caunes atelyesinin samandan hazırladığı marketridən istifadə olunur. Samanın emal edilməsi zamanı 17-ci əsrin texnologiyasından istifadə olunur.
Səfər haqqında məlumat proyeksiya sisteminin köməkliyi ilə alın şüşəsində göstərilir. Avtomobilin funksiyalarını isə, Iris virtual köməkçisi ilə qarşılıqlı əlaqə yaradaraq həm jestlər, həm də səslə idarə etmək olar.
Aero Sport Lounge güc qurğusu, Formula E çempionatında yarışan DS Techeetah bolidində istifadə olunan texnologiyalara əsaslanır. Konsept, 110 kilovat-saatlıq batareyadan qidalanan 680 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gəlir. Dolu batareya ilə, prototip 650 kilometr məsafəni qət edə bilər. 0-dan 100 km/saat həddinə qədər sürətlənmə 2,8 saniyəyə baş verir.
DS şirkəti Aero Sport Lounge konseptini "növbəti əsərlərin müqəddiməsi" adlandırır. Bir sözlə, konsept DS model xəttinin bütövlükdə, xüsusən də, elektromobillərin gələcək inkişaf istiqamətini nümayiş etdirmək üçün yaradılmışdır.