Bu gün Citronfeng saytı DS markasını daşıyan yeni krossoverin cəsus fotoşəklini yaymışdır. Avtomobil fotocəsusların obyektivinə kamuflyajsiz tuş gəlmişdir. Yeni avtomobilin Citroen DS7 və DS7 Crossback adlandırılacağı ehtimal olunur.
Xatırladaq ki, yeni avtomobilin ilk görüntülərini DS markasının başçısı İv Bonnefon yaymışdır. O, avtomobilin elektron cihazlar paneli, sükan və qapı panellərinin tərtibatı da daxil olmaqla interyerinin detallarını göstərmişdir. Yüksək vəzifəli menecer həmçinin avtomobilin avtonom idarəetmə sisteminə və 21 əsrib unikal DS-asmasına malik olduğunu yazmışdır. Söhbət fransız istehsalçısının hidropnevmatik asmanı əvəzləyəcək yeni hazırlanan sistemdən gedir.
İlkin məlumatlara əsasən, DS markalı yeni avtomobil EMP2 modul platformasında yığılacaqdır. Krossover tərkibinə 1,5-litrlik dizel mühərriki daxil olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Krossoverin ən güclü modifikasiyası 240 at qüvvəli mühərriklə təchiz ediləcəkdir. Yeni DS krossoveri fransız istehsalçısına Audi Q5 və BMW X4 modelləri ilə rəqabət aparmaq şansı verməlidir.
Krosoverin Avropa bazarında da satılması planlaşdırılır.