Şənbə günü keçiriləcək ilk yarışın start cərgəsini müəyyən edən sırlama turlarında Audi Spor Team Abt komandasının isveçrəli pilotu Niko Müller ilk nəticəni göstərmişdir. İsveçrəli pilot sıralama turlarının son dəqiqəsində 1:33,876 vaxtı göstərərək sıralamaya lider edən komanda yoldaşı Edoardo Mortaranı 0,225 saniyə üstələməyə müvəffəq olmuşdur. Audi RS5 DTM avtomobillərində çıxış edən pilotlar sərbəst yürüşlərdə göstərdikləri yüksək performasnı bir daha təsdiqləmiş oldular. İnqolştat istehsalçısının pilotları ilk beşlikdə dörd yeri tutaraq mövsümə iddialı başladıqlarını bəyan etmiş oldular.
Audi pilotlarına meydan oxuyan yeganə pilot Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkens oldu. Kanadalı pilot dövrəni 1:34,105 vaxtla başa vuraraq üçüncü olmağı bacardı. Qeyd etmək lazımdır ki, mövsümün ilk sıralamasında əsəs mübarizə İnqolştat və Ştutqart istehsalçılarının pilotları arasında gedirdi.
Əgər ilk onluğa nəzər salsaq, bu sıralamamada altı Audi RS5 DTM və üç Mercedes-AMG C63 DTM avtomobillərinin pilotlarını görə bilərik.
Onların Bavariyadan olan rəqibləri demək olar ki, mübarizədən kənarda qalmışdırlar. Bunun səbəbi, artıq məlum olduğu kimi, BMW M4 DTM avtomobillərinin rəqiblərinə texniki cəhətdən uduzmasındadır. Xatlrlayısınız isə, məhz elə bu geridəqalma səbəbindən çempionatın təşkilatçıları BMW avtomobillərinin çəkisinin azaldılması qərarını vermişdilər.
BMW pilotlarından ən yaxşı nəticəni göstərmiş olan Marko Vittmann liderdən 0,390 saniyə geridə qalaraq ancaq onuncu nəticəni əldə edə bilmişdir. Mövsümün debütantı olan Mercedes-Benz komandasının fransız pilotu Esteban Okon 12-ci nəticəni göstərərək DTM çempionatındakı il mövsümündə uğurlu başlanğıca imza atmışdır.
Niko Müller (1-ci yer, Audi): «Hər şey superdir və inanılmazdır. Günün birinci yarısında baş tutmuş sərbəst yürüşlərdə yaxşı nəticə göstərsək də, sözün açığı, poulu qazanacağımı gözləmirdim. Əsasən də Edoardo ilə aramızdakı məsafə məni təəccübləndirmişdi. Avtomobil çox sürətlidir və əla idarə olunur.
Komandamızın üzvlərinə təşəkkürümü bildirməyə söz tapa bilmirəm, onlar həqiqətən böyük iş görmüşdürlər. İlk sıradan start alacağım üçün çox xoşbəxtəm. Bu mənim DTM-dəki karyeram boyu Hokkenhaymda əldə etdiyim ilk uğurdur. Ümid edirəm ki, start mövqeyim yarışda uğurlu çıxış üçün təkan nöqtəsi olacaqdır».
Edoardo Mortara (2-ci yer, Audi): «Mən çox xoşbəxtəm. Həftə sonu bizim üçün uğurlu başlayıb. İlk sərbəst yürüşlər zamanı biz ciddi cəhdlə yarışa hazırlıqla məşğul olmuşduq. Deyəsən, artıq zəhmətimizin bəhrəsini görürük. Avtomobilin ayarlar uzun məsafəyə tənzimlənsə də, sıralama turlarında keçdiyimiz sürətli dövrələrdə də yaxşı işlədi.
Bu hal, yarışda da yaxşı nəticə göstərəcəyimizə olan inamımı daha da artırır. Nikonun birinci yer tutması təəccüblü deyil. O səhər sessiyasında da sürətli olmuşdu. Startdakı mövqeyim mənə yarışda uğurla çıxış etməyimə kömək etməlidir. Hər halda əlimdən gələni etməyə çalışacağam».
Robert Uikkens (3 yer, Mercedes-Benz): «Start cərgəsində ikinci sırada olmağımdan çox məmnunam. Avtomobilim bütün günü yaxşı işləmişdir. İlk sıralarda start götürmək bizim üçün problem olmalı deyildir, amma ətrafımda çoxlu sayda Audi avtomobilləri var. İstənilən halda məqsədimiz podiumda şampan şərabını dadmaqdır».