Mattias Ekstrem (Red Bull Audi RS5 DTM) sərbəst bu gün keçirilən sərbəst yürüşlərin ən yeyin pilotu olmuşdur. Audi komandasının isveç pilotu yürüşlərin qurtarmasına beş dəqiqə qalmış avtomobilini boksa park etmişdir. Isveçli pilota sərbəst yürüşləri vaxtından əvvəl bitirməyə vadar edən faktın onun yürüşün son 10 dəqiqəsində göstərdiyi vaxt olmuşdur - 1:33,833. 30 dəqiqə davam edən sərbəst yürüşlər yenidən Audi RS5 DTM avtomobilin rəqiblərindən güclü olduğunu göstərdi.
Mattias Eksteremin ən yaxın təqibçısı keçmiş dünya çempionu Mayk Rokkenfeller (Schaeffler Audi RS5 DTM) olmuşdur - alman pilot komanda yoldaşından cəmi 0,141 saniyə geridə qalmışdı.
İki Audi pilotlarına müqavimət göstərən yeganə pilot Pol di Resta (Mercedes-AMG C63 DTM) olmuşdur. Şotlandiyalı iki Audi pilotunu - Ceymi Qrin (Hofmann Group Audi RS5 DTM) və Edoardo Mortaranı (Castrol EDGE Audi RS5 DTM) üstələyərək günün üçüncüsü olmuşdur.
Dünənki yarışda podiumun ikinci pilləsinə qalxmış olan Robert Uikkens (SILBERPFEIL Energy Mercedes-AMG C63 DTM) bu gün liderə 0,666 saniyə uduzaraq altınıc zamanı göstərə bilmişdir. Uikkensdən 0,003 saniyə geridə qalan Tom Blomkvist (Ice-Watch BMW M4 DTM) Audi pilotu Niko Müllerin (Playboy Audi RS5 DTM) önündə yeddinci olmuşdur.
İlk onluğu tamamlayan pilotlar Maksim Marten (SAMSUNG BMW M4 DTM) və Maksimilian Götz (Mercedes-AMG C63 DTM) olmu.durlar. Beləliklə, İnqolştat konserninin pilotları yenə də bu gün keçiriləcək sıralama turları üçün iddialı olduqlarını sübut etmiş oldular.
Bizə isə, bir saatdan sonra başlayacaq sıralama turlarında kimin poul-pozişnə sahib olacağını izləmək qalır.