Antoniu Feliks da Koşta Hokkenhaymrinqdə keçirilmiş bu mövsümün son sıralama turlarının qalibi olmuşdur. DTM çempionatında iştirakına son vermək qərarına gələn portuqaliyalı pilot bu həftəsonu ikinci dəfə ardıcıl olaraq poul-pozişnə sahib olmuşdur.

BMW komandasının portuqaliyalı pilotu ikinci cəhdindən sonra liderliyə yüksələ bilmişdir. O, sıralama turlarına liderlik edən Qəri Paffetti (Mercedes-Benz) 0,014 saniyə üstəyələyərək, britaniyalı pilotu ikinci sıraya gerilətmişdir. Feliks da Koştanın komanda yoldaşları olan Tom Blomkvist və Maksim Marten ikinci sıradan start alacaqdırlar. Ən maraqlısı odur ki, çempionluq uğrunda mübarizə aparan Marko Vittmann və Edoardo Mortara üçüncü sıradan start alacaqdırlar. Alman pilot əsas rəqibi olan 0,119 saniyə üstələməyə müvəffəq olmuşdur.  Beləliklə, mövsümün son yarışı bütün DTM fanatlarını maraqlandıran əsas suala cavab verəcəkdir - çempion kim olacaqdır.

Dünənki yarışın nəticələrini təhlil etsək Marko Vittmannın ikinci dəfə titulu əldə etməsi ehtimalı daha yüksəkdir. Mortara qalib gəlsə belə, Vittmannın altıncı yerdən yuxarıda finiş görməsi çempion titulunu qazanmağa kifayət edir.