Şənbə günü keçirilmiş ilk sıralama turlarının ən sürətli pilotu Antoniu Feliks da Koşta (BMW) olmuşdur. DTM çempionatındakı karyerasına son verən portuqaliyalı pilot Hokkenhaymdakı dövrəni 1:32,344 zamanla başa vuraraq poul pozişnə sahib olmuşdur.

Bu günki yarışı Feliks da Koşta ilə birinci sıradan başlayacaq pilot Audi komandasının ispaniyalı pilotu Migel Molina olmuşdur. İspan pilot portuqaliyalı rəqibinə cəmi 0,1 saniyə uduzmuşdur. İkinci sıradan start alacaq pilotlar Tom Blomkvist və Marko Vittmanndır (hər ikisi - BMW). Bununla belə, Marko Vittmannın ən yaxın təqibçisi olan Edoardo Mortara yalnız səkkizinci sıradan start alacaqdır.

Edoardonu qarşısında start alacaq pilotlar Maksim Marten, Auqusto Farfus (hər ikisi - BMW) və Mayk Rokkenfellerdir (Audi). Rokkenfellerdən fərqli olaraq birinci iki pilot Mortaranın işini çətinləşdirməyə çalışacaqdırlar. İlk onluğu Timo Qlok (BMW) və Niko Müller (Audi) tamamlamışdırlar. Mercedes komandasının pilotları arasında ən uğurlu çıxış edən pilot 12-ci nəticəni göstərmiş Pol di Resta olmuşdur.