Dünən Hokenhaymrinqdə keçirilmiş ilk sərbəst yürüşlərin birincisi BMW RMG Team komandasının alman pilotu Marko Vittmann olmuşdur. Çempionatın lideri dövrəni 1:33,909 zamanla başa vuraraq günün protokoluna başçılıq etmişdir.

Günün ikinci zamanını isə Mercedes-Benz komandasının avstriyalı pilotu Lukas Auer  göstərmişdir. Auer sərbəst yürüşlərin liderindən cəmi 0,027 saniyə geridə qalmışdır. Sərbəst yürüşlərin üçüncü nəticəsini göstərən pilot isə, Vittmannın komanda yoldaşı Antonou Feliks da Koşta olmuşdur. Portuqaliyalı pilot digər bir Mercedes pilotu Kristian Fitorisi üstələməyə müvəffəq olmuşdur. 

Audi pilotları arasında ən yaxşı nəticəni göstərən pilot Mattias Ekstremi əvəz etmiş və ikinci dəfə DTM çempionatında çıxış edən Rene Rast olmuşdur. Alman pilotun göstərdiyi zaman yalnız beşinci olmağa yetmişdir. Audi pilotunun arxasınca sıralanan pilotlar Martin Tomçik və Auqusto Farfus (hər ikisi - BMW) olmuşdurlar. İlk onluğu tamamlayan pilotlar Mayk Rokenfeller, Niko Müller (h’r ikisi - Audi) və Pol di Resta (Mercedes-Benz) olmuşdur.

Vittmannın çempionluq uğrunda rəqibləri olan Edoardo Mortara və Ceymi Qrin ancaq müvafiq olaraq 13-cü və 19-cu nəticəni göstərməyə müvəffəq olmuşdurlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt