Bu gün Hokkenhaymrinqdə keçirilmiş ilk yarış Audi komandasının ispan pilotu Migel Molinanın qələbəsi ilə nəticələnmişdir. «Şeytan» ləqəbli ispan pilot startda poulun sahibi Antoniu Feliks da Koştanı arxada qoyaraq liderliyə yüksəlmiş və damalı bayrağa qədər onu əldən verməmişdir.

İspan pilotu rahat şəkildə rəqibləri ilə arasını açdığı zaman, yarışda baş verən ən maraqlı hadisələr  arxada cərəyan etmişdir. Yarışı yaxşı başlayan Marko Vittmann (BMW) dördüncülüyünü qoruyub-saxlaya bilmişdir. Alman pilotun irəlidə yarışı davam etdirən komanda yoldaşları Tom Blomkvist və Feliks da Koşta əlbəttə ki, çempionluq uğrunda mübarizə aparan həmkarlarına kömək edərək onu irəli buraxmışdırlar. 

Alman pilotunun əksinə olaraq Edoardo Mortara səkkizinci yerdən start alsa da onun qarşısında olan BMW komandasının pilotları italyan pilotun həyatını çətinləşdirməyə çalışmışdırlar. Mortara ilk olaraq Marteni arxada qoymuş, sonra isə uzun müddət Timo Qlokun (BMW) müqaviməti ilə də qarşılaşsa da, sonunda Timonu arxada qoymağı bacarmışdır. Qlokdan sonra Mortara Auqusto Farfusu ötməyə müvəffəq olmuşdur. 

Beşinci yerdə yarışı davam etdirən Mayk Rokkenfeller, əlbəttə ki, komanda yoldaşına beşinciliyi asanlıqla ötürmüşdür. Bundan sonra Mortara Blomkvistin müqavimətini qıraraq üçüncü yerə yüksəlməyə müvəffəq olmuşdur. Lakin, yarışın vaxtının bitməsi italyan pilota ikinci yerdə yarışı davam etdirən Vittmanna çatmağa imkan verməmişdir. Beləliklə, 17-ci yarışdan sonra Vittmann Mortara ilə olan arasındakı xal fərqini 17 xala qədər artıraraq mövqeyini möhkəmlindirməyə müvəffəq olmuşdur. Bu səbəbdən də çempionluq titulunun taleyi sabah keçiriləcək son yarışda həll ediləcəkdir. Komandalar çempionatında Audi Sport Tem Abt Sportsline üstünlüyünü davam etdirir. Markalar çempionatında da Audi liderliyini möhkəmləndirmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt