Bu ilki DTM çempionatının son yarışında Audi komandasının italyan pilotu Edoardo Mortara qalibiyyəti əldə etdi. Mortaranın çempionluq uğrunda əsas rəqibi olan Marko Vittmann (BMW) finiş xəttini dördüncü keçərək ikinci dəfə DTM seriyasının çempionu titulunu qazanmış oldu.
Yarışın başlanğıcı çox maraqlı anlarla yadda qaldı - startı yaxşı almış Qəri Paffett (Mercedes-Benz) poulun sahibi Antoniu Feliks da Koştanı (BMW) sıxışdırmağa başladı. Öz növbəsində uğurlu başlanğıca imza atan Vittmann komanda yoldaşları Tom Blomkvist və Maksim Marteni gedidə qoyaraq üçüncülüyə yüksəlmiş oldu. Vittmannın əsas rəqibi Edoardo Mortaranın startı o qədər də uğurlu olmasa da, italyan pilot altıncılığını qoruyub-saxlamış oldu. Lakin, bu vəziyyət Edoardonu qane etmədiyindən italiyalı irəlidəki rəqiblərinə dərhal hücum etməyə başladı və Blomkvist və Marteni haqlayaraq keçmiş oldu. Beləliklə, da Koşta ilə Paffettin ardınca onları təqib edən Vittmann və Mortara iki pilotun mübarizəsinin nə ilə nəticələnməsini gözləməyə başladılar.
Qəpi Paffett növbəti hücumlarından biri zamanı portuqaliyalının avtomobilinə təmas edərək onu trekdən çıxamış oldu. Bu hadisədən sonra da Koşta peletonun sonlarına düşmüş oldu. Paffett isə stüardlar tərəfindən pitdən keçmə cəzası alaraq Vittmann və Mortaranın işini bir qədər asanlaşdırmış oldu.
Yeddinci dövrədə Mortara Vittmannı keçərək liderliyə yüksəldi və onunla arasını açmağa müvəffəq oldu. Bundan sonra peletondakı vəziyyət sabitləşdi. 24-cü dövrədə hər iki namizəd pit-stopa yollandırlar.
Mortara pitdən lider çıxsa da, Vittmann Kristian Fitorisin və Pol di Restanın (hər ikisi - Mercedes-Benz) arxasında dördüncü yerdə çıxmış oldu. Lakin bu mövqe Markonu tamamilə qane edirdi - rəqibindən 17 xal üstün olan alman pilota altınıc yerdən yuxarıda finiş görmək kifayət edirdi.
Beləliklə, Mortara finiş xəttini birinci keçərək bu mövsümdəki beşinci qələbəsini əldə etdi. Vittmann isə qazandığı 206 xal sayəsində ikinci çempionluğuna qovuşmuş oldu.
Əslində Mortara çempionluq şansını artıq dünən keçirilən yarışda əldən vermişdi - italyan pilot Timo Qlokun arxasında vaxt itirməsəydi Vittmanna çatıb onu keçmək və hətta, qalib gəlmək şansına malik idi. Yaddan çıxarmaq lazım deyildi ki, dünənki yarışa ilk dövrələrdən Mortaranın komanda yoldaşı Migel Molina başçılıq edirdi və o çempionluq yolunda öz komanda yoldaşına dəstək verməyə hazır idi. Elə Mortara da yarışdan sonrakı müsahibəsində Vittmannın Qloka təşəkkür etməsini söyləyəndə də bunu nəzərdə tuturdu.
Lakin, necə deyərlər «arxadan atılan daş topuğa dəyər». Çempionluğun əldən verilməsində ən böyük günahkar elə Mortaranın özüdür.
Markalar və komandalar çempionatına gəldikdə isə, Audi komandası təsəlliverici Konstruktorlar kubokunu və Audi Sport Team Abt Sportsline komandası vasitəsi ilə komanda birinciliyini qazanmış oldu. Markalar çempionatında BMW ikinci, Mercedes-Benz isə üçüncü olaraq mövsümü başa vurdular.