Bu gün Hokkenhaymrinq avtodromunda keçirilmiş ikinci sərbəst yürüşlərin ən yeyin pilotu Audi komandasının isveçrəli pilotu Niko Müller olmuşdur. İsveçrəli pilot dövrəni 1:32,943 vaxtla başa vuraraq günün birincisi olmuşdur.

Müllerin ardınca ikinci olaraq günü tamamlayan pilot BMW komandasının portuqaliyalı pilotu Antoniu Feliks da Koşta olmuşdur. Günün üçünc nəticəsini Bavariya komandasının kanadalı pilotu Bruno Spengler qeydə almışdır. Dördüncü və beşinci nəticəni göstərmiş pilotlar da BMW komandasının pilotları olmuşdurlar - Auqusto Farfus dördüncü, Marko Vittmann isə beşinci yerləri tutmuşdurlar. Audi komandasında Mattias Ekstremi əvəz etmiş Rene Rast bu dəfə də yaxşı nəticə göstərərək altıncı yerə sahib olmağı bacarmışdır. Gənc alman pilot daha təcrübəli komanda yoldaşı Ceymi Qrini üstələməyi bacarmışdır.

Mercedes-Benz pilotları arasında ilk onluğa daxil olmağı bacarmış Qəri Qaffett səkkizinci nəticəni göstərmişdir. İlk onluğu tamamlayan pilotlar isə Migel Molina və Mayk Rokkenfeller (hər ikisi - Audi) olmuşdurlar. Çempionluq tacı uğrunda mübarizə aparan Edoardo Mortara isə yalnız 14-cü nəticəni göstərməyə müvəffəq olmuşdur. Sərbəst yürüşlərin nəticələri Marko Vittmannla çempionluq mübarizəsi aparan Mortaranın bu gün keçiriləcək yarışın rəsnifat mərhələsində poul qazanmaq şanslarının çox zəif olduğunu göstərir. Ənənəvi olaraq Hokkenhaymda güclü olan Audi komandası bu dəfə nədənsə çox zəif nəticələr göstərmişdir. Bu da İnqolştat istehsalçısının çempionluq yolundakı şanslarının bir qədər zəifləməsi deməkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt