Bu gün Hokkenhaymrinqdə keçirilmiş üçüncü sərbəst yürüşlərin ən sürətli pilotu Audi komandasının isveçrəli pilotu Niko Müller olmuşdur. Dövrəni 1:32, 850 zamanla başa vuran Müller komanda yoldaşı Edoardo Mortaradan 0,132 saniyə yeyin olmuşdur.

Üçüncü nəticəni digər bir Audi pilotu Mayk Rokkenfeller (Audi) göstərmişdir. Mattias Ekstremi əvəz etmiş Rene Rast günün dördüncüsü olmuşdur. Beşinci yeri dünənki sıralama turlarında poul pozişnı qazanan Antoniu Feliks da Koşta (BMW) tutmuşdur. Altıncı yeri Ceymi Qrin, yeddinci yeri Pol di Resta (Mercedes-Benz), səkkizinci isə Tom Blomkvist (BMW) əldə etmişdir. İlk onluğu tamamlayan pilotlar Timo Şayder (Audi) və QƏri Paffett (Mercedes-Benz) olmuşdurlar. Sərbəst yürüşlərdə çempionluğa əsas namizəd olan Marko Vittmann yalnız on yeddinci nəticəni göstərə bilmişdir.

Sərbəst yürüşlər Audi pilotlarının üstünlüyü ilə də keçsə də, sıralamada da eyni üstünlüyün olacağına təminat vermək olmaz.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt