Ənənəvi olaraq, DTM çempionatının birinci və sonuncu yarışı Hokkenhaymrinqdə keçirilir. Bu həftəsonu DTM çempionatının Hokkenhaymrinq avtodromunda (Almaniya) keçirələcək son mərhələsi üç suala beyni zamanda cavab verəcəkdir: pilotlar, komandalar və markalar arasında çempionlar kimlər olacaqdır?

Qeyd etmək lazımdır ki, pilotlar çempionatında riyazi olaraq üç pilot çempionluq şansına malik olsa da, real olaraq çempionluq tacı uğrunda mübarizə BMW komandasının alman pilotu Marko Vittmann və Audi komandasının italyan pilotu Edoardo Mortara arasında gedəcəkdir. Digər Audi pilotu Ceymi Qrinin bu mübarizədə iştirak edəcəyi çox müşkül məsələdir - onu çempionatın lideri olan Vittmanndan 39 xal ayırır. Ceymiyə nisbətən Mortara daha yaxşı şansa malikdir - Budapeşt mərhələsindən sonra o Vittmanndan 14 xal geridə qalır. 

Mortaranın çempion olması üçün Nürburqrinqdə keçiriləcək hər iki yarışda qalib gəlməsi vacibdir. Əks halda Vittmann çempionluq tacını Münhünə aparacaqdır.

Komandlar çempionatında mübarizə, hal-hazırda lider olan Audi Sport Team Abt Sportsline komandası və onu təqib edən BMW RMG komandası arasında gedəcəkdir. Markalar çempionatında da əsas mübarizə Audi və BMW arasında olacaqdır. Hal-hazırda İnqolştat istehsalçısı Münhendən olan qonşusnu 37 xalla üstələyir.

Image alt Image alt Image alt Image alt