Bazar günü Hunqarorinqdə keçirilmiş üçüncü sərbəst yürüşlərdə yenə də Audi pilotları üstünlük nümayiş etdirmişdirlər. Sərbəst yürüşlərdə günün ən sürətli zamanını dünənki yarışın qalibi Edoardo Mortara (Aud) göstərmişdir. Dövrəni 1:35,432 zamanla başa vuran italyan pilot, komanda yoldaşı Ceymi Qrini 0,156 saniyə üstələmişdir.

Ceymi Qrin isə öz növbəsində digər Audi pilotu Timo Şayderdən 0,499 saniyə yeyin olmuşdur. beşinci və altıncı nəticəni Ədriən Tambe və Migel Molina qeydə almışdırlar. Günün yeddinci nəticəsini gözlənilmədən BMW komandasının portuqaliyalı pilotu Antonio Feliks da Koşta göstərmişdir. Onun ardınca Mayk Rokkenfeller və Niko Müller səkkizinci və doqquzuncu olmuşdurlar. Mercedes-Benz komandasının pilotları arasında ən sürətli pilot onuncu nəticəni göstərmiş Maksimilian Götz olmuşdur.

Audi pilotlarının digər pilotlara qarşı böyük üstünlüyünün səbəblərindən biri də çəki handikapıdır. Birinci sıralamalardan sonra Audi RS5 DTM avtomobilləri əlavə 5 kiloqram ballast alaraq 1115 kiloqram çəkiyə malikdirlər. Bunun əksinə BMW M4 DTM və Mercedes-AMG C63 DTM avtomobillərinin çəkisi 5 kiloqram azaldılmış və müvafiq olaraq 1112,5 və 1130,0 kiloqrama bərabər olmuşdur.

Böyük ehtimalla ikinci sıralama turlarından sonra da vəziyyət eyni ilə təkrarlanacaqdır. Artıq sərbəst yürüşlər hələ də Audi pilotlarının böyük üstünlüyə malik olduğunu göstərir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt