Bü gün keçirilmiş ikinci sərbəst yürüşlər Audi RS5 DTM siluetlərində çıxış edən pilotların tam üstünlüyü ilə keçmişdir. Audi komandasının pilotları tam tərkibdə birinci yerdən başlayaraq səkkizinciyə kimi olan yerləri zəbt etmişdirlər.
Şənbə günün protokolunda birinci nəticəni İnqolştat istehsalçısının britaniyalı pilotu Ceymi Qrin öz aktivinə yazmışdır. Britaniyalı pilot dövrəni 1:35,586 zamanla başa vuraraq günün lideri olmuşdur. İkinci nəticəni dünənki sərbəst yürüşlərin lideri Edoardo Mortara göstərmişdir. Mortara Qrinə 0,099 saniyə uduzmuşdur. Sərbəst yürüşlərin üçüncü nəticəsini isə, fransız pilot Ədriən Tambe göstərmişdir. O, liderdən cəmi 0,178 saniyə geridə qalmışdır. Niko Müller - dördüncü, Mattias Eksterm - beçinci, Mayk Rokkenfeller - altıncı, Timo Şayder - yeddinci, və nəhayət Migel Molina səkkizinci olmuşdur.
İlk onluğa daxil olmağı bacaran pilotlar Qəri Paffett (Mercedes-AMG) və Marko Vittmann (BMW) olmuşdurlar. Görünür ki, Audi komandası Hunqarorinq üçün daha yaxşı hazırlaşmışdırlar. Üstəlik, rəqiblərin əlavə ballast alması da inqolştatlıların işinə yaramışdır. İstənilən halda bizi bu gün maraqlı sıralama turları və yarış gözləyir.
Xüsusən də Audi komandasının fanatlarını...