Bu gün Hunqarorinqdə keçiriləcək ilk yarışın start düzülüşünü təyin edən sıralama turları, gözlənildiyi kimi, Audi pilotlarının böyük üstünlüyü ilə başa çatmışdır. Birinci sıralama turlarında poul-pozişnı Audi komandasının italyan pilotu Edoardo Mortara qazanmışdır.
Audi komandasının DTM çempionatındakı rəhbərliyi çox güman ki, titul uğrunda mübarizədə daha çox şansı olan Mortaraya tam dəstək vermək qərara gəlmişdir. Buna baxmayaraq, poul Edoardoya o qədər də asan başa gəlməmişdir. İtaliyalının həyatını çətinləşdirən pilot onun komanda yoldaşı Ceymi Qrin olmuşdur. Mortara yalnız son saniyələrədə poulu Qrinin əlindən almağa müvəffəq olmuşdur. Edoardo son dövrədə 1:35,282 zaman göstərərək birinci olmuşdur. O, Ceymini 0,082 saniyə üstələmişdr.
Son yarışda uğursuz çıxış edən Qrin böyük ehtimalla titulu qazanmağa daha çox şansı olan Mortaraya dəstək verəcəkdir. Gözlənildiyi kimi, sıralamada da Audi pilotları səkkizdə səkkiz nəticəyə müvəffəq olmuşdurlar. Start düzülüşündə ikinci cərgədən start alacaq pilotlar Migel Molina və Mayk Rokkenfellerdir.
Üçüncü cərgən yarışı başlayacaq pilotlar Niko Müller və Ədriən Tambe olacaqdır. Nəhayət, dprdüncü cərgə Timo Şayder və Mattias Ekstremindir. Görünən odur ki, heç bir hadisə yaşanmazsa Audi istehsalçılar çempionatında irəli sıçrayış etmək şansina malikdir.
Bununla onlar BMW komandasının uğurunu təkrarlaya bilərlər. Mercedes-AMG komandasının debyütantı Feliks Rozenkvist digər komandaların pilotları arasında ən yaxşı nəticə əldə etmiş pilot olmuşdur. Onuncu nəticəni BMW komandasının alman pilotu Marko Vittmann göstərmişdir.