Hunqarorinqdə keçirilən DTM çempionatının on altıncı yarışı Audi komandasının isveç pilotu Mattias Ekstremin qələbəsi ilə nəticələnmişdir. Podiumun ikinci pilləsinə qalxan pilot isə, İnqolştat istehsalçısının fransız pilotu Ədriən Tambe olmuşdur. Mercedes-Benz komandasının ispan pilotu Dəniel Xunkandelya finiş xəttini üçüncü keçərək podiumu tamamlamış oldu.

Yarışın startı bəlkə də çempionluq titulunun taleyini həll edən an oldu. Poulun sahibi Edoardo Mortaranın (Audi) uğursuz startından yararlanan Marko Vittmann (BMW) italyan pilota hücum etdi. Lakin, iki pilot arasındakı təmas Mortaranın avtomobilinin zədələnməsi, Vittmannın avtomobilinin sürüşərək digər bir Audi pilotu Ceymi Qrinin avtomobili ilə toqquşdu. Nəticədə avtomobili zədələnən Mortara bütün pilotlara keçilərək geriyə düşdü və deşilmiş təkəri dəyişmək üçün məcburi pit-stopa yollanmalı oldu. Eyni zamanda, yarışı davam etdirə bilməyəcəyini anlayan Qrin də qaraja yollandı. Komanda yoldaşının əksinə startı uğurlu alan Mattias Ekstrem liderliyi ələ keçirmiş oldu. Digər uğurlu start alan pilotlardan biri də Audi komandasının fransız pilotu Ədriən Tambe oldu. Altınıcı yerdən yarışı başlayan Dənel Xunkandelya da (Mercedes-Benz) yaranmış fürsətdən istifadə edərək üçüncü yerə yüksəlmiş oldu. İlk döngədə qarışıqlıqdan ən çox zərər görən pilotlar isə Niko Müller və Migel Molina (hər ikisi - Audi) oldular. 

Yarış ilk pit-stoplara qədər sakit, heç bir hadisə olmadan davam etdi. Yarışın ortasında başlayan pit-stoplar startdan sonra yaranmış ardıcıllığı demək olar k dəyişmədi. Yalnız yarışın sonlarına yaxın Timo Şayder (Audi) Marten Maksimə (BMW) hücum təzyiq etməyə başladı və bir müddət sonra belçikalını birinci döngədə keçmiş oldu.

Pit-stoplardan sonra Antonio Feliks da Koştanın (BMW) arxasına düşən Marko Vittmann komanda yoldaşının ona yol verməsi nəticəsində yenidən dördüncülüyə yüksəlmiş oldu. Yarışın başlanğıcında peletonun gerisinə düşən Edoardo Mortara irəliləmək üçün heç nə edə bilmədi və yarışın bitməyinə dəqiqə yarım qalmış qaraja qayıtmağa qərar verdi.  

Beləliklə, mövsümün başa çatmasına bir mərhələ qalmış Marko Vittmann 188 xal toplayaraq çempionluq yolunda şansını möhkəmləndirmiş oldu. Edoardo Mortaranın riyazi olaraq çempion olmaq şansı davam edir. Hokkenhaymda keçiriləcək son iki yarışda italyan pilot mütləq qələbə qazanmalı, Vittmann isə beşinci yerdən yuxarıda yarışı bitirməməlidir.

Komandalar çempionatında Audi Sport Team Abt Sportsline komandasının 269 xalla liderliyi davam edir. Kempten təmsilçisini BMW Team RMG (252 xal)  və BMW Team RMB (179 xal) komandaları təqib edir. Markalar çempionatında Audi 602 xalla liderdir. İkinci yerdə 565 xal toplayan BMW, sonuncu yerdə isə 449 xal toplayan Mercedes-Benz qərarlaşmışdır.

Mövsümün final mərhələsi 14 - 16 oktyabr tarixlərində Almaniyanın məşhur Hokkenhaymrinq avtodromunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt