DTM çempionatının növbəti mərhələsi Macarıstanın paytaxtı Budapeştin yaxınlığında yerləşən məşhur Hunqarorinq trekində keçirilir. Bildiyimiz kimi, Macarıstandakı trek ötmələrə o qədər də şərait yardan treklərdən deyildir və sıralama turları burada böyük əhəmiyyət kəsb edir.
Bu gün keçiriləcək ilk təsnifat mərhələsindən və yarışdan öncə, cümə günü baş tutmuş sərbəst yürüşlərdə günün ən sürətli pilotu Audi komandasının italyan pilotu Edoardo Mortara olmuşdur. İtalyan pilot Hunqarorinqdəki dövrəni 1:36,673 zamanla başa vuraraq günün protokoluna başçılıq etmişdir. Ümumilikdə, Mortara 20 dövrə qət etməyə müvəffəq olmuşdur.
Günün ikinci nəticəsini Mortaradan 0,155 saniyə geridə qalan Robert Uikkens (Mercedes-Benz) göstərmişdir. Kanadalı pilot Audi komandasının iki pilotu - Niko Müller və Mattias Ekstremi üstələməyi bacarmışdır. Beşinci yerdən başlayaraq səkkiznciyə kimi olan yerləri Mercedes-AMG komandasının pilotları Lukas Auer, Qəri Paffett, Kristian Fitoris və Feliks Rozenkvist tutmuşdurlar.
İlk onluğu tamamlayan pilotlar isə Migel Molina və Ceymi Qrin (hər ikisi - Audi) olmuşdurlar. BMW komandasının pilotları arasında ən ugurlu çıxış edən pilot isə 11-ci nəticəni göstərmiş Marko Vittmann olmuşdur.
Xatırladaq ki, hal-hazırda Marko Vittmann pilotlar çempionatına başçılıq edir. Lideri təqib edən pilotlar isə Edoardo Mortara və Robert Uikkensdir.