Dünən Hunqaroinqdə keçirilmiş 16-cı yarışın nəticələrində dəyişiklik edilmişdir. Dördüncü yerdə finiş görən Marko Vittmann (BMW) yarışın protokolundan çıxarılmışdır. Buna səbəb, BMW M4 avtomobilinin texniki reqlamentin qaydalarına uyğun olmamasıdır.

Stüardların yarışdan sonrakı yoxlama zamanı Vittmannın avtomobilinin altındakı nəzarət həddinin parametrlərinin reqlamentin tələblərinə cavab vermədiyini aşkar edərək alman pilotun nəticəsini ləğv etmişdirlər. Beləliklə, Vittmann ilə Mortara arasındakı fərq 26 xaldan 14 xala düşmüşdür. Xatırlatmaq istəyirik ki, texniki reqlamentin analoji qaydada pozulması üzündən üçüncü yer tutmuş Dəniel Xunkandelyanın (Mercedes-Benz) da nəticəsi ləğv edilmişdir. Bunun nəticəsində üçüncü yerin sahibi Antonio Felix da Koşta (BMW) olmuşdur. Bu o deməkdir ki, çempion titulunun taleyi Hokkenhaymrinqdə həll ediləcəkdir.