Şənbə günü keçirilmiş sıralama turalrının qalibi Audi komandasının İspaniyalı pilotu Migel Molina olmuşdur. «Şeytan» ləqəbli ispan pilot Barndenburqdakı trekdə 1 dəqiqə 16,619 saniyə vaxtla dövrə vuraraq sırlama turlarının ən yaxşı zamanını qeydə almişdir. Sırlama turalarında ikinci nəticəni göstərmiş pilot Molinanın komanda yoldaşı Britaniyalı Ceymi Qrin olmuşdur. Britaniyalı pilot poulun sahibi olan Molinaya cəmi 0,077 saniyə uduzmuşdur.
İlk üçlüyü tamamlayan pilot isə, BMW komandasının alman pilotu Marko Vittmann olmuşdur. Günün dördüncü nəticəsini göstərən pilot Mercedes-Benz komandasının Kanadalı pilotu Robert Uikkens olmuşdur. Beşinci gün keçirilmiş sərbəst yürüşlərin ən sürətli pilotu olmuş Lukas Auer beşinci yerdən start almaq hüququnu əldə etmişdir. Avstriyalı pilotla birlikdə üçüncü cərgədən start alacaq pilot onun komanda yoldaşı Kristian Fitoris olmuşdur.
Şənbə günü keçirilən sərbəst yürüşlərdə ilk üçlüyə daxil olmuş Mattias Ekstrem (Audi) bu dəfə ancaq yeddinci ola bilmişdir. Onunla birlikdə dördüncü cərgədən BMW komandasının pilotu Maksim Marten start alacaqdır. Merten öz növbəsinəd Bavariyalı istehsalçının ən yaxşı nəticə göstərən ikinci pilotu olmuşdur.
İlk onluğu tamamlayan pilotlar Audi klomadasının üzvləri Ədriən Tambe və şənbə günü keçirilən sərbəst yürüşlərin ən sürətli pilotu olmuş Audi komandasının İsveçrəli pilotu Niko Müller olmuşdur. Eyni zamanda, pilotlar çempionatını lideri olan Pol di Restanın sırlama turlarında göstərmiş olduğu zamanı fəlakət adlandırmaq olar. Şotland pilot yarışı 21-ci yerdən başlayacaqdır.