Bu gün keçirilmiş sırlama turlarında poul-pozişni qazanan pilot Mercedes-Benz komandasının Avstriyalı pilotu Lucas Auer olmuşdur. Mercedes pilotu 1:16,861 zamanı ilə dövrəni başa vuraraq DTM çempionatındakı karyerasında ikinci poulunu qazanmış oldu. Mercedes pilotlarının sırlamalarda güclü olacağı artıq bu gün keçirilən sərbəst yürüşlərdən məlum idi. Bildiyimiz kimi, üçüncü sərbəst yürüşlərin ən sürətli pilotu Auerin komanda yoldaşı Kristian Fitoris olmuşdu.
Sıralama turları Team Mücke pilotlarının üstünlüyü ilə başa çatmışdır. Kristian Fitoris komanda yoldaşına 0,070 saniyə uduzaraq ikinci yerdən start almaq hüququnu əldə etmişdiur. İlk üçlüyü tamamlayan pilot isə, BMW komandasının alman pilotu Timo Qlok olmuşdur. Keçmiş Formula 1 pilotu liderə 0,082 saniyə uduzmuşdur. Sıralama turalrı zamanı Selsi üzrə 42 dərəcəyə yüksələn hava temperaturu pilotların yavaşlamasına səbəb olmuşdur.
Bu gün dördüncü və beşinci yerdən start alacaq pilotlar Mercedes-Benz komandasının pilotu Robert Uikkens və Audi komandasının pilotu Mayk Rokkenfeller olmuşdurlar. Altınıc və yeddinci yerləri Britaniyalı pilotlar Qəri Paffett (Mercedes-Benz) və Cemi Qrin (Audi) əldə etmişdirlər.İlk onluğu tamamlayan pilotlar isə, pilotlar çempionatının lideri Marko Vittmann (BMW), Mattias Ekstrem (Audi) və Tom Blomkvist (BMW) olmuşdurlar.
Şənbə günü bu trekdə qələbəni əldə etmiş Migel Molina ancaq 14-cü nəticəni göstərmişdir. Lauzitsrinq rinqi Pol di Riestaya problemlər yaratmaqda qavam edir. Keçmiş lider bu dəfə də uğursuzluğa düçar olmuşdur. Bu günki yarışa şotland pilot 21-yerdən başlayacaqdır.