Şənbə günü keçirilmiş sıralama turlarında poul-pozişndan start almaq hüququnu əldə etmiş Migel Molina, qazandığı poulu qələbəyə çevirməyi bacarmışdır. Beləliklə, Audi komandasının ispan pilotu DTM çempionatındakı karyerasında ikinci qələbəsini əldə etmiş oldu. Yarışı ilk yerdən başlayan Molina startdan sonrakı döngələrdə liderliyi komanda yoldaşı Ceymi Qrinə verməyə məcbur iyyətində qaldı. Eyni zamanda, yaxşı start alan Marko Vittmann üçüncü yer uğrunda mübarizədə Mercedes-Benz pilotu Robert Uikkensi üstələmiş oldu.
Liderliyi ələ keçirmiş Ceymi Qrin onu ancaq yeddinci dövrəyə qədər qoruyub-saxlaya bildi. Bununla belə, Britaniyalı pilot Molinadan lazımi qədər ara məsafəsi yarada bilmədi və yeddinci dəvrədə ispan pilot əsas düzlüyun sonundakı birinci döngədə DRS sisteminin hesabına Qrini keçərək liderliyi olndan geri almış oldu. Bu ötmənin yarışın taleyini həll edən an olduğunu söyləmək gərəkdir. Liderliyi geri alan Molina bir daha Qrinə ona hücum etmək şansı vermədi və damalı bayrağa kimi üstünlüyünü qoruyaraq finiş xəttini keçən ilk pilot oldu.
Qeyd etmək lazımdır ki, yarışın ilk dövrəsində Mercedes-Benz komandasının Britaniyalı pilotu Qəri Paffett yarışı tərk etmək təhlükəsi ilə üzləşən yeganə pilot oldu. Buna baxmayaraq Paffett avtomobiini trekə qaytarmağa müvəffəq oldu. İkinciliyə düşmüş Qrinin (Audi) əsas problemi lideri təqib etmək deyil, ona hücum hazırlayan Marko Vittmann (BMW) və Robert Uikkensdən (Mercedes-Benz) qorunmaq idi. Lakin, yarışın ortalarından sonra Vittmann birinci üçlükdən geri qalaraq, Kristian Fitorisin və Lukas Auerin hücumlarından qorunmağa başladı.
Öz npvbəsində Uikkens Qrini təqib edərək, Audi komandasının Britaniyalı pilotuna həmlələr etdi. Uikkensin bu həmlələri bir nəticə verməsə də, finişə qədər Qrini diqqətini Molinadan yayındırmış oldu. Sonuncu dövrədə mühərriklə problem yaşayan Kanadalı pilot onu qorumaq üçün tempini azaltmalı oldu. Öz növbəsində Vittmann rəqiblərini təzyiqlərinə baxmayaraq dördüncü movqeyi qoruyub-saxlamaq şansını əldən vermədi. Sonuncu dövrələrdə Auerə hücum edən Fitoris gənc pilotu qabaqlamış oldu. Auer isə, Fitorisdən sonra mövqeyini Mattias Ekstremin hücumlarından qoruya bilmədi və ona keçilmiş oldu.
Yarışın finişində ilk onluğu tamamlayan pilotlar Edoardo Mortara (Audi), Maksim Marten (BMW) və Niko Müller (Audi) oldular. Beləliklə, şənbə günü keçirilmiş yarışdan sonra, pilotlar çempionatında 47 xalla liderliyə yüksələn pilot Marko Vittmann oldu. İkinci yerdə isə, 44 xal yığmış Audi pilotu Edoardo Mortara qərarlaşmışdır. 1-cü yerdə finiş görmüş Pol di Resta və Robert Uikkens 43 xalla üçüncü yeri bölüşdürülər