EuroSpeedway Lausitz trekində keçirilən üçüncü sərbəst yürüşlərdə günün ən sürətli pilotu Mercedes-Benz komandasının alman pilotu Kristian Fitoris olmuşdur. Lauzitsrinqdə keçirilən mərhələnin sonuncu günü Fitoris treki 1:17,284 zamanla başa vuraraq günün protokolunun ilk sətrini zəbt etmişdir. Fitorisin ən yaxın təqibçisi Audi komandasının Britaniyalı pilotu Ceymi Qrin olmuşdur. Qrinin göstərdiyi vaxt ilə Fitorisin vaxtı arasında cəmi 0,003 saniyə fərq olmuşdur.
Üçüncü sessiyanın da nəticələri çox sıx olmuşdur. Günün üçüncü nəticəsini göstərmiş Niko Müller, onu təqib edən komanda yoldaşı Mattias Ektremdən cəmi 0,033 saniyə yeyin olmuşdur.
İkinci mavi rəngli Mercedes-AMG C63 DTM avtomobilinin pilotu olan lukas Auer komanda yoldaşına 0,080 saniyə uduzaraq sessiyanı beşinci yerdə tamamlamışdır. Günün protokolunda altıncı yerin sahibi Audi komandasının başqa bir Almaniyalı sürücüsü - Mayk Rokkenfeller olmuşdur.
BMW komandasının pilotları arasında ən uğurlu çıxış edən sürücü Marko Vittmann yalnız yeddinci nəticəni göstərə bilmişdir. Onun ardınca səkkizinci yerdə digər BMW pilotu Maksim Marten qərarlaşmışdır.
İlk onluğu tamamlayan pilotlar Esteban Okon (Mercedes-AMG C63 DTM) və dünənki yarışın qalibi Migel Molina (Audi RS 5 DTM) olmuşdurlar. Görünın odur ki, Bavariya istehsalçısının pilotları balans problemi yaşamaqda davam edirlər.
Bu səbəbdən də, BMW M4 DTM avtomobillərinin yol səhti ilə təmasında müəyyən problemlər vardır. Aşağıdakı cədvəldən də göründüyü kimi 22 pilot ümumilikdə 0,7 saniyə içərisində yerləşmişdirlər.