Bu gün Moscow Raceway avtodromunda keçirilmiş ikinci təsnifat mərhələsində poul pozişnın sahibi BMW komandasının alman pilotu Marko Vittmann olmuşdur. Alman pilot dövrəni 1:28,776 zamanla başa vuraraq sıralamanın ən yaxşı nəticəsini göstərmişdir.

Şənbə günü keçirilmiş təsnifat mərhələsində Mercedes-Benz pilotları üstünlüyə malik olduğu kimi, bazar günü keçirilmiş sıralama turlarında Bavariya istehsalçısının pilotları dominantlıq etmişdirlər. Belə ki, Marko Vittmannın ardınca ikinci və üçüncü yerləri onun komanda yoldaşları Tom Blomqvist və Maksim Marten zəbt etmişdirlər.

Maksim Marten uzun müddət sıralama turlarında liderlik etmişdir. Belçikalı sürücünün döngələrin birində idarəetməni itirməsi və trekdən çıxaraq qəzaya uğraması, onu poul uğrunda mübarizədən kənarda qoymuşdur. Buna baxmayaraq Martenin göstərdiyi zaman onun üçüncü olaraq sıralanmasına kifayət etmişdir.

Şənbə günü keçirilən yarışın qalibi olan Robert Uikkens bu günki yarışda dördüncü yerdən start alacaqdır. Onun arxasınca start alacaq pilotlar Bruno Spenqler, Daniel Xunkandelya, Augusto Farfus, Timo Qlok, Maksimilian Götz və Lukas Auer olmuşdurlar. Audi komandasının pilotları Moskva trekində uğursuzluqla qarşəlaşmışdırlar. İnqolştat istehsalçısının ən uğurlu pilotu Niko Müller olmuşdur ki, o da yalnız 13-cü nəticəni göstərə bilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt