Bazar günü Moscow Raceway avtodromunda keçirilmiş ikinci yarışda damalı bayrağı ilk görən pilot BMW komandasının alman pilotu Marko Vittmann olmuşdur. Start xəttində ilk sıradan yarışı başlayan Vittmann yarışı uğurla başlayaraq liderliyi ələ keçirmiş oldu. Şənbə günü keçirilən yarışın qalibi olmuş Robert Uikkens (Mercedes-Benz) əla start alaraq üçüncü yerdən yarışı başlayan Bruno Spenqleri (BMW) geridə qoymağı bacardı.

Bundan sonra Uikkensin hədəfi ilk sıradan start alan Tom Blomqvist (BMW) oldu. Lakin, uzun sürən mübarizəyə baxmayaraq Robertə britaniyalı pilotu keçmək müəssər olmadı. Əksinə kanadalı ilə britaniyalının mübarizəsi Vittmanna təqibçiləri ilə aranı açmağa kömək etdi.

Ara məsafəsini 3,0 saniyəyə çıxaran Marko pit-stopdan sonra arxa sıralara düşsə də, sonradan yenidən liderliyə yüksəlmiş oldu. Yarışın sonlarına doğru avtomobili ilə problem yaşayan Robert Uikkens üçüncü yeri yenidən Bruno Spenqlerə qaytarmış oldu. Sonradan Robert Auqusto Farfus (BMW) tərəfindən də keçildi.

Bununla belə, Uikkens komanda yoldaşı Daniel Xunkadelyanın köməyi ilə beçinci yerini finişə qədər onu təqib edən Audi pilotu Edoardo Mortaranın hücumlarından qorumağı bacardı. Yeri gəlmişkən arxa sıralardan start alan İnqolştat təmsilçiləri yarışın sonlarına doğru aktivləşərək 6 yerdən 9-cu yerə qədər olan mövqeləri ələ keçirmiş oldular.m Beləliklə, DTM çempionatında keçirilmiş 12 yarışdan sonra pilotlar çempionatındakı liderlik yenidən əl dəyişdirmiş oldu - qələbə sayəsində Vittmann Uikkensi 12 xal üstəyələrək yenidən liderliyə yeksəldi. Üçüncü yerinn sahibi olan Ceymi Qrin isə, Uikkensdən 26 xal geridə qalır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt