DTM çempionatının növbəti mərhələsi Rusiyanın paytaxtı Moskva şəhərinin yaxınlığında salınmış Moscow Raceway avtodromunda keçirilir. Şənbə günü keçirilən yarışın start düzülüşünü təyin edən ilk təsnifat mərhələsi Mercedes-Benz komandasının şotlandiyalı pilotu Qəri Paffettin birinciliyi ilə nəticələnmişdir. Şənbə günü keçirilən yarışda ilk yerdən start almaq hüququnun əldə edən şotlandiyalı bütün sessiya boyunca böyük üstünlüyə malik olmuşdur.
Sıralama turları səhər keçirilən sərbəst məşqlər kimi yağışdan sonra quruyan trekdə keçirilmişdir. Bir sıra pilotlar tezliklə quru hava şəariyi üçün nəzərdə tutulmuş sliklərə keçsə də, Qəri Paffett yağış şinlərində qalaraq son dövrədə ən sürətli zamanı göstərməyə müvəvvəq olmuşdur.
Bu dövrədə o komanda yoldaşı Robert Uikkensin göstərdiyi zamanı 0,605 saniyə üstələyə bilmişdir. Ümumiyyətlə, şənbə günü keçirilmiş təsnifat mərhələsində Mercedes-Benz avtomobillərində çıxış edən pilotlar böyük üstünlüyə malik olmuşdurlar.
Belə ki, təsnifat mərhələsinin yekun cədvəlində ilk dörd yeri - Paffett, Uikkens, Pol di Resta və Maksimilian Götz tutmuşdurlar. Çempionatda iştirak edən digər markaların pilotları arasında ən uğurlu çıxış edən pilot Audi komandasının isveç pilotu Mattias Ekstrem olmuşdur.
O, Mercedes-Benz pilotlarının ardınca beşinci olmağı bacarmışdır. BMW markasını müdafiə edən pilotlar arasında ən uğurlu pilot belçikalı Maksim Marten olmuşdur. Ekstremə 0,056 saniyə uduzan belçikalı altıncı yerdən start almaq hüququnu əldə etmişdir. İlk onluğa daxil olan digər pilotlar bunlardır: Timo Şayder (Audi), Timo Qlok (BMW), Feliks Rozenkvist (Mercedes-Benz) və Ceymi Qrin (Audi). Qeyd etmək lazımdır ki,Formula 1 çempionatına keçən Esteban Okonu əvəz etmiş Feliks Rozenkvist ilk onluğa daxil olaraq, DTM çempionatında uğurlu debüt etmişdir.